• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Bələdiyyə seçkiləri

Bələdiyyə seçkiləri

Yazar Ismayilli
//
01 dekabr 2014
//
//
Oxunub 2057
//
Bələdiyyə seçkiləri

2014-cü il dekabr ayının 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində Trenerlər üçün treninqlərə başlanıb.
Dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının daha da artırılması, seçkilər barədə onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində gerçəkləşdirilən treninq layihəsinin əsası 2002-ci ildə qoyulub.
Bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar treninqlərin 2 mərhələdə keçirilməsi qərara alınıb. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən Trenerlər üçün treninqdə iştirakçılar səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü proseduraları barədə məlumatlandırılır.
86 saylı İsmayıllı Dairə Seçki Komissiyasından (DSK) aldığımız məlumatlara görə məntəqə-seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanıb. Treninqlər 11 qrup üzrə İsmayıllı rayonu Basqal və Lahıc qəsəbələri, Təzəkənd, İvanovka, Topçu kəndlərində keçiriləcək.
Noyabrın 30-dan dekabrın 22-dək təşviqat işləri aparılacaq.

İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!