• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Azərbaycan Respublikası İsmayıllı Rayonu İcra Hakimiyyəti Başçısının SƏRƏNCAMI

Azərbaycan Respublikası İsmayıllı Rayonu İcra Hakimiyyəti Başçısının SƏRƏNCAMI

Yazar Ismayilli
//
01 dekabr 2014
//
//
Oxunub 1125
//
Azərbaycan Respublikası İsmayıllı Rayonu İcra Hakimiyyəti Başçısının SƏRƏNCAMI
171 29 oktyabr 2014-cü il

Sərbəst toplaşmaq azadlığı haqqında Qanunun icrası ilə əlaqədar İsmayıllı rayonu ərazisində açıq və qapalı toplantı yerlərinin ayrılması barədə
Azərbaycan Respublikasında 23 dekabr 2014-cü il tarixə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat işi aparmaq məqsədilə yaranmış zərurəti və Sərbəst toplaşmaq azadlığı haqqında 13 noyabr 1998-ci il tarixli, 537-İQ nömrəli Qanunu rəhbər tutaraq
q ə r a r a a l ı r a m:
1. İsmayıllı rayon seciçilərinin sərbəst toplaşması üçün nəzərdə tutulmuş ərazilərdə açıq və qapalı yerlər ayrılsın (siyahı-məlumat əlavə olunur).
2. İsmayıllı RİHB-ın İƏD üzrə nümayəndələrinə tapşırılsın və şəhər, qəsəbə, kənd bələdiyyələrinə tövsiyə olunsun ki, həmin yerləri seçki təbliğatı, icazəli sərbəst toplantı, dinc yığıncaqlar və nümayişlər keçirmək üçün uyğunlaşdırsınlar.
3. Sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevə və RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədovaya tapşırılsın.
Mirdaməd Sadıqov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!