• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ədliyyə işçilərinin peşə bayramı

Ədliyyə işçilərinin peşə bayramı

Yazar Ismayilli
//
01 dekabr 2014
//
//
Oxunub 1333
//
Ədliyyə işçilərinin peşə bayramı
Ədliyyə işçilərinin peşə bayramı


Noyabr ayının 21-də İsmayıllı Rayon İcra Hakimiyyətinin iclas zalında 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov diqqətə çatdırıb ki, by bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilib. RİH başçısı Ulu öndərin ədliyyə və məhkəmə orqanlarının inkişafı prosesində xidmətlərindən danışıb. Bu sahədə həyata keçirilən uğurlu islahatların Azərbaycanda ədliyyə sisteminin inkişafı və formalaşması ilə nəticələndiyini bildirib.
Çıxış edənlər Azərbaycanda müşahidə olunan inkişafın ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapdığını, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirdiyini deyiblər. Ədliyyə işçilərinə göstərilən diqqət və qayğıdan razılıq ediblər.
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!