• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Kənd təsərrüfatı ən əhəmiyyəyli sahədir

Kənd təsərrüfatı ən əhəmiyyəyli sahədir

Yazar Ismayilli
//
19 noyabr 2014
//
//
Oxunub 1423
//
Kənd təsərrüfatı ən əhəmiyyəyli sahədir

Kənd təsərrüfatı ən əhəmiyyəyli sahədir


Noyabr ayının 1-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində kənd təsərrüfatı işçiləri günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb.
Tədbirdə giriş sözü ilə çıxış edən RİH-nin aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov son bir ildə əldə edilən uğurlardan danışıb. Bildirib ki, rayonumuzda istehsal olunan kənd təsərrüfatı məhsullarına tələbat çoxdur. Ona görə ki, həmin məhsullar keyfiyyətli olmaqla yanaşı, həm də ekoloji baxımdan təmiz istehsal olunur. İstər baş sayları, istərsə də istehsal göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. 2014-cü il rayonumuzun kənd təsərrüfatı işçiləri üçün çox uğurlu bir il olub. Belə ki, bu il rayonumuzun tarixində rekord səviyyədə taxıl məhsulları istehsal olunmuş, eyni zamanda iri istehsal müəssisələrinin tikintisinin əsası qoyulub (Çıxışın geniş mətni bu sayımızda dərc olunur).
Bütün bu göstəricilərin əksini tapdığı videoçarx nümayiş etdirilib.
Nikitin adına kolxozun sədri Nikolay Dubrovin, Əkrəm Əhmədov təbrik nitqi ilə çıxış ediblər.

Kənd təsərrüfatı ən əhəmiyyəyli sahədir

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, kənd təsərrüfatı işçilərinin əməyi ağır, lakin, ağır olduğu qədər də əhəmiyyətli sahədir. Ona görə ki, insanların yaşayışı üçün zəruri olan bütün nemətlərin, süfrələrimizin bəzəyi olan çörək də daxil olmaqla istehsalçıları sizsiniz. Odur ki, sizin zəhmətiniz ən böyük alqışa layiqdir. Azərbaycan xalqının, xüsusilə kənd təsərrüfatı işçilərinin bəxti onda gətirib ki, onlara 34 il ulu öndərimiz, milli təmsilçimiz, idarəetmədə tayı-bərabəri olmayan, xilaskarımız Heydər Əliyev rəhbərlik edib. Bu gün də onun Siyasi Akademiyasının yeganə və əvəzsiz məzunu, möhtərəm İlham Əliyev cənabları Azərbaycanı qələbədən qələbəyə aparır. Ölkənin hər bir vətəndaşının Prezidenti olmaqla, bütövlükdə xalqın firavan həyatını təmin edir, bölgələrin, həmçinin bölgələrdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır.
Sonda rayonun bir qrup qabaqcıl kənd təsərrüfatı işçisinə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Fəxri fərman və pul mükafatı verilib.
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!