• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Həmişə sizinlə olacağıq

Həmişə sizinlə olacağıq

Yazar Ismayilli
//
19 noyabr 2014
//
//
Oxunub 1390
//
Həmişə sizinlə olacağıq

Hörmətli Mirdaməd müəllim!
Uzun illərdir ki, şəhərin cənub hissəsində - el arasında Meliorasiya qəsəbəsi adlanan ərazidə - Zərdabi küçəsində yaşayırıq. O zamanlar rayonda fəaliyyət göstərən Meliorasiya və İrriqasiya İdarəsində işləmişik və hazırda yaşadığımız mənzilləri də bizə həmin təşkilat verib. Binaların dam örtüyü uzun illər idi ki, təmir olunmurdu. İlin yağmurlu aylarında çox əziyyət çəkirdik. Yağışda, qarda mənzillərimizi su basırdı. Sakinlərin apardığı xırda təmir işləri də lazımi səmərə vermirdi.
Problemin aradan qaldırılması üçün Sizə müraciət etdik. Mənzil İstismar Sahəsinə verdiyiniz tapşırıq əsasında binalarımızın damı tamam dəyişdirildi, dəmir təbəqələrlə örtüldü. Canımız əziyyətdən qurtardı. Tapşırığınızı icra edən sadə zəhmət adamlarına Əlləriniz var olsun, yorulmayasınız! - deyirik.
Əzizimiz Mirdamət müəllim, rayonda hər kəsin problemlərinin həllinə kömək göstərməyiniz bizə də bəllidir. Çox sağ olun ki, müraciətimizə diqqətlə yanaşdınız.
Başlıca razılığımız və minnətdarlığımız prezidentimiz cənab İlham Əliyevədir. Allah ona can sağlığı versin! Onun rayonumuza göstərdiyi qayğı çox böyükdür. Biz sakinlər həmişə Prezidentimizin yanında olacağıq.
İsmayıllı şəhəri, H.Zərdabi küçəsinin sakinləri adından:
Elman Abdullayev,
Yunis Məmmədov,
Vaqif Qədirov və başqaları, cəmi 25 imza

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!