• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ürəklərdə yaşayan gün

Ürəklərdə yaşayan gün

Yazar Ismayilli
//
21 iyun 2012
//
//
Oxunub 1563
//
Ürəklərdə yaşayan günÜrəklərdə yaşayan günAzərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışının 19-cu ildönümü tamam olur. Xalqımız hər il bu günü təntənə ilə qeyd edir. Çünki, Azərbaycan dövlətinin mövcudluğu, sivil bir ölkəyə çevrilməsi yalnız bu müdrik şəxsiyyətin hələ o zamanlar bünövrəsini qoyduğu sosial-iqtisadi islahatların sayəsində mümkün olmuşdur. Prezident İlham Əliyev isə ulu öndərin işini layiqincə yerinə yetirir. Nəticədə, Azərbaycan dünya ölkələri sırasında yerini tutmuş, səsi mötəbər tribunalardan eşidilir. Bu günün qeyd edilməsi bir bayramdır.
Azərbaycan xalqının həyatında mühüm hadisə olan Milli Qurtuluş Günü İsmayıllıda da təntənə ilə qeyd edilmişdir. Adamlar dəstə-dəstə mərkəzi meydana toplaşırdılar. Fəvvarələr bağının qarşısında toplaşanlar burada təşkil edilmiş Kitab bayramında sərgilənən müxtəlif nəşriyyat məhsullarını nəzərdən keçirirlər. Son illərin nəşriyyat məhsulları olan yeni kitablar buraya gələnlərin dərin marağına səbəb olurdu. Sərgiyə qoyulmuş kitablar arasında Nizami Gəncəvinin, M.Fizulinin, M.Ə.Sabirin, M.S.Ordubadinin, M.F.Axundzadənin, H.Cavidin, C.Cabbarlının, S.Rəhmanın, Ü.Hacıbəylinin, M.Arazın və digər çağdaş şair və yazıçıların, alimlərin əsərləri nümayiş etdirilirdi. İsmayıllı yazarlarının əsərləri də sərgiyə qoyulmuşdu. Ulu öndər Heydər Əliyevə, prezident İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya həsr edilmış kitablar, ölkəmizin tarixinə, diplomatiyasına həsr edilmiş nəşrlər daha çox tamaşaçı marağına səbəb olmuşdur.
H.Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvləri elə buradaca öz əsərləri üzərində çalışırdılar. Dərnək rəhbəri Əlixan Soltanov da arabir yetirmələrinə məsləhətlər verirdi.
Meydana toplaşanlar dəstə ilə mərkəzdəki Heydər Əliyevin abidəsinə tərəf hərəkət edirlər. Abidənin önünə çiçəklər qoyaraq sərgi keçirilən yerə qayıdırlar. Rayonun icra aparatının, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, məktəblilər, əmək veteranları gülqoyma mərasimində iştirak etmişlər.
İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov tribunaya qalxaraq oraya toplaşanları Qurtuluş Günü və Kitab bayramı münasibətilə təbrik etmişdir.
Sonra İsmayıllı RİH başçısı Nizami Ələkbərova söz verildi. Başçı bugünkü bayramlar münasibətilə hamını təbrik etmiş, ulu öndər Heydər Əliyevin bu sahədəki fəaliyyətindən, prezident İlham Əliyevin onun işinin layiqincə davam etdirməsindən geniş söhbət açmışdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Əfsun Əhmədov, rayon MKS in direktoru Ələddin Ələkbərov çıxış edərək mərasim iştirakçılarını təbrik etmişlər.
RİH aparatının, hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət kitab sərgisi ilə tanış olmuşlar.
Rayon mədəniyyət evinin Niyal xalq çalğı alətləri ansamblının üzvlərinin oxuduqları mahnılar, Aşıq Yanvarın, məktəblilərin çıxışları alqışlarla qarşılanmışdır.
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!