• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qarşıdakı başlıca vəzifələr

Qarşıdakı başlıca vəzifələr

Yazar Ismayilli
//
21 iyun 2012
//
//
Oxunub 2855
//
Qarşıdakı başlıca vəzifələrQarşıdakı başlıca vəzifələrİyun ayının 14-dür. İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun səyyar görüş-qəbul qrafiki üzrə rayonun Hacıhətəmli kəndindəyik. Kənd məktəbinin həyətində xeyli adam var. Görüş burada keçiriləcək. Görüş başlananadək bəzi məlumatları öyrənirəm. Rayonun böyük kəndlərindən olan Hacıhətəmlidə 606 təsərrüfatda 2520 nəfər yaşayır Kəndin tam orta məktəbi, kitabxanası, tibb məntəqəsi, elektron rabitə xidməti göstərən ATS-i, poçt şöbəsi və klubu vardır. Ərazidə Monolit MMC və İsmayıllı Şərab-2 ASC-nin yerləşməsi 200-dək insanın işlə təmin olunması deməkdir.
Qəbula gələn müəllim Feyruz Mehdiyev öncə kəndə təşrif buyurmuş qonaqları salamladı. Son dövr üçün rayonda və kənd ərazisində görülən işlərə görə rəhbərliyə sakinlər adından minnətdarlıq bildirdi və kənddə yeganə problemin su təchizatında olduğunu bildirdi.
Kəndin sakini Elçin İsmayıllı bildirdi ki kəndə çəkilən su xətti tam gücü ilə istifadə oluna bilmir. Suyun anbarlardan kəndə paylanmasında problemlər var. Təsərrüfatlarda saxlanan mal-qaranın yay aylarında sulanması, örüş yerlərinin olmaması gündəlik problemlərdəndir. Kənddə olan problemlər vaxtında rayon rəhbərliyinə çatdırılmır. Kənddə bankomat qurulacağını sakinlər hələ də gözləyirlər.
Qəbulda ərinin, iki uşağının xəstəliyindən söhbət açan Tənzilə Əhmədova ailə vəziyyətinin ağırlığından söz açdı və ailəsinə köməklik göstərilməsini xahiş etdi.
Kəndin ağsaqqallarından olan Lazım Mirzəyev də su məsələsinə toxundu və bu məsələnin həllində təcrübəli su işçisinin işə cəlb olunmasının zəruriliyindən danışdı. Bir başqa ağsaqqal, Şamil Məmmədov kənddəki anbarlara kifayət qədər suyun daxil olduğunu, lakin həmin suyun insaf və bacarıqla bölüşdürülmədiyini açıqladı.
Kəndin sakini Naməddin Məmmədov aldığı torpaq sahəsinə görə sənədlər hazırlatmaqda çətinliklə üzləşdiyindən, Fazil Ağayev kənd yolunun asfaltlaşdırılmasından, kənddəki işsizlikdən, işıq dirəklərinin yararsız hala düşməsindən, sovet dönəmindən əmanət banklarına qoyulan əmanətlərin alınmasında yaranan problemlərdən gileyləndi. F.Ağayev torpaq islahatı aparılarkən adına yazılan Dövlət aktının səhv yazılmasından və həmin səhvin düzəlişində ona köməklik göstərilməsini xahiş etdi
Qəbulda iştirak edən İzafəddin Yadigarov kəndin örüş sahələrinin olmamasdından, kənd daxilindəki işıq xətlərindəki nasazlıqdan, Afər Kərimov və Fikrət Azayev isə ailəsinin imkansızlığından, buna baxmayaraq sosial yardım ala bilməməsindən söhbət açdı.
Kəndin sakini Qismət Rüstəmov islahat dövründən əmlak payına düşən texnikanın sənədlərinin əldə edilməsində çətinliyi olduğunu izah etdi və sosial yardıma ehtiyacı olduğunu dilə gətirdi.
Qəbulda qaldırılan məsələləri diqqətlə dinləyən başçı N.Ələkbərov hər bir vətəndaşa səmimi söhbətə görə təşəkkür etdi və bildirdi ki, qəbullarda problem kimi təqdim olunan məsələlər üzərində rayon rəhbərliyi xidmət təşkilatları ilə birgə iş aparır. Problemin ola bilməsi mümkündür və hər bir problemin həlli yolunu axtarmaq, vətəndaşların hüquq və vəzifələrinin qorunması, mənzil, məişət və yaşayış səviyyələırinin arzuolunan həddə çatdırılması qarşımızda başlıca vəzifədir. Keçirilən səyyar qəbul-görüşlər də məhz bu məqsəddən qaynaqlanır.
RİH başçısı N.Ələkbərov xidmət təşkilatlarının rəhbərləri ilə problemlərin həlli istiqamətində fikir mübadiləsi etdi və problemlərin həlli üçün lazımi göstəriş və tapşırıqlar verdi.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!