Mədəniyyət Sarayında möhtəşəm konsert » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Mədəniyyət Sarayında möhtəşəm konsert


Mədəniyyət Sarayında möhtəşəm konsert


2 oktyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Mədəniyyət Sarayının açılışına həsr edilən tədbir keçirilib. Tədbirin aparıcısı Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin müəllimi Ceyran Ağayeva giriş nitqi ilə çıxış edib:
- Biz çox şərəfli bir gün yaşayırıq. Fəxr edirik ki, Azərbaycan vətəndaşıyıq, İsmayıllı sakiniyik. Bu gün Mədəniyyət sarayının açılışına həsr edilən ilk konsertə gəlmişik. Konsertdə xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova çıxış edəcəklər.
Konsertdən əvvəl Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Fikrət Babayev çıxış edərək öz təbriklərini və ürək sözlərini İsmayıllı sakinlərinə çatdırıb:
- Mən bir il öncə İsmayıllıda olmuşam, lakin qısa müddət keçməsinə baxmayaraq bura ayaq basanda tanımadım. Şəhəriniz inanılmaz dərəcədə dəyişilib, müasirləşib, abadlaşıb. Elə Mədəniyyət sarayınız da inanılmaz möhtəşəm görünüşə sahibdir. Mən bu münasibətlə sizləri ürəkdən təbrik edirəm.

Mədəniyyət Sarayında möhtəşəm konsertMədəniyyət Sarayında möhtəşəm konsert

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, sentyabr ayının 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışında iştirak edib, burada yaradılan yüksək şəraitlə tanış olub. Cənab Prezident rayona səfəri zamanı görülən işləri yüksək qiymətləndirib. İcra başçısı Mədəniyyət sarayının iş, məşq, dərnək, rejissor və qrim otaqlarının da yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Mirdaməd müəllim Mədəniyyət Sarayının simvolik açarını İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasova təqdim edib.
Sonra bütün dünyaya Azərbaycan muğam sənətinin tanıdılmasında əvəzsiz rolu olan, Beynəlxalq İMC UNESCO Musiqi Mükafatına layiq görülən, respublikanın Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova tamaşaçılar qarşısında milli muğamlar və təsniflər ifa ediblər. Onların hər bir ifası alqışlarla və gül-çiçək dəstələri ilə qarşılanıb.
Qeyd edək ki, 05 may 2013-cü il tarixdə Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar İsmayıllı Rayon Gənclər Mərkəzində konsert proqramı ilə çıxış etmişdi. RİH başçısı Mirdaməd Sadıqov o vaxt təmirdə olan Mədəniyyət Sarayının açılış konsertinə Alim Qasımovu dəvət etmişdi.
Çinarə Bəhərçinli
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter