Qardaşlaşmış məktəblər » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Qardaşlaşmış məktəblər

Qardaşlaşmış məktəblər

Bilik Fondunun həyata keçirdiyi Qardaşlaşmış məktəblər layihəsi çərçivəsində Qubadlı şəhər 1 nömrəli tam orta məktəbinin və İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdləri İsmayıllı Heydər Əliyev Mərkəzində olublar.
Əvvəlcə məktəblilər Ulu öndərin şəhər mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Mərkəzin foyesində F.Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin müəllimi Surə Mehdiyevanın şagirdi Ayşə Səfərova Şopenin Yaz nəğməsi əsərini, müəllim Nadir Məmmədovun şagirdi Xəyal İsmayılov isə Heyratı zərb muğamını ifa edib.
Sonra məktəb şagirdləri ilə toplantı keçirilib. Toplantıda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev və RİH başçısının müavini Sevil Əhmədova da iştirak ediblər.
Qardaşlaşmış məktəblər
R.Ağayev ölkədə təhsil sahəsinə göstərilən diqqətdən danışıb. Layihənin əhəmiyyətini qeyd edib. O bildirib ki, Qardaşlaşmış məktəblər layihəsi gənc nəsilə ən böyük töhfədir.
Bilik fondunun mətbuat katibi Ceyhun Musaoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsinə uyğun olaraq, gənc nəsilə Azərbaycançılıq məfkurəsinin mahiyyətinin çatdırılmasını, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını, milli-mənəvi və dini dəyərlərin təbliğini, hər bir şagirdin müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafının təmin edilməsini, gənclərin bilik, bacarıq və vərdişlərinin inkişafına dəstək göstərilməsini, sağlam həyat tərzinin, ətraf mühitin mühafizəsinin, Azərbaycan tarixi və mədəniyyətinin təbliğini bir şərəf borcu hesab etdiyini deyib.
Qara İlyasov adına Qubadlı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Hümbət Hümbətəliyev, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Elçin Məmmədov 2013-2014-cü tədris ilində məktəblərin qazandığı uğurlardan danışıblar.
Məktəblilər Mərkəzin ekspozisiya zalı ilə tanış olub, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən şəkillərə baxıblar. Şagirdlər burada fəaliyyət göstərən aviamodelizm, əl işləri, rəsm dərnəkləri ilə də tanışlıq olub.
Gənclərlə söhbət zamanı Qubadlı şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Natiq Ağayev və İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Nərmin Bədəlova layihənin onlar üçün böyük önəm daşıdığını vurğuladılar.
Məktəblilər İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq kitabxanası və Mədəniyyət Sarayı ilə tanış olublar.
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində qardaşlaşma haqqında müqavilə imzalanıb. Məktəbdə bilik yarışı keçirilib. Yarışda iştirak edənlərə sertifikatlar təqdim olunub . Fərqlənənlərə hədiyyələr, ən fəal şagirdə isə fotoaparat verilib. Qalib komanda yarışın kubokunu qazanıb.
İsmayıllı xəbərləri
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter