Bank filialının yeni binası açıldı » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Bank filialının yeni binası açıldı

Bank filialının yeni binası açıldı

Zaminbank ASC-nin xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq İsmayıllı filialı yeni ünvanda fəaliyyət göstərəcək.
Belə ki, 02 oktyabr 2014-cü il tarixdə İsmayıllı şəhəri, Nizami küçəsi, 37 ünvanında Zaminbank ASC-nin İsmayıllı filialının yeni binasının açılışı olub.
Açılışda dövlət rəsmiləri, bank əməkdaşları ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edib.
Bank filialının yeni binası açıldı
Açılış mərasimini giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev açıb, rayonda gedən sosial-iqtisadi artım tempi haqqında danışıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov bankın yeni binasının açılışı münasibəti ilə bank əməkdaşlarını və rayon sakinlərini təbrik edib, bankın xidmətlərinin ümumilikdə rayonun inkişafına yaxşı təsir edəcəyini bildirib.
Zaminbank ASC-nin sədri Nadir İsmayılov bankın İsmayıllı filialının fiziki və hüquqi şəxslərə Əsasnaməsində nəzərdə tutulan və bankın lisenziyası ilə icazə verilmiş bank əməliyyatları haqqında məlumat verib.
Bank filialının yeni binası açıldı
Zaminbank ASC-nin İsmayıllı filialının bank əməliyyatları aşağıdakılardır:
- Tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;
- Kreditlərin (təminatlı və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi və digər kreditləşmə növləri;
- Fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması;
- Hesablaşma kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi;
- Ödəniş vasitələrinin (o cümlədən, kredit və debet kartlarının) buraxılması;
- Öhdəliklərin icrasına təminatların, o cümlədən, qarantiyaların verilməsi və öz hesabına va ya müştərinin hesabına akkreditivlərin açılması;
- Kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi.
Filial fiziki şəxlərə hesab açmadan Caspian Money Transfer, Western Union, Contact və Inter Express sürətli pulköçürmə sistemləri üzrə köçürmələr həyata keçirir.
Həmçinin filial kommunal xidmətlər (qaz, enerji, su) və mobil operatorlar (Azercell, Bakcell, Nar Mobile) üzrə ödənişləri qəbul edir.
Tel.: (994 20) 285-14-85/86/87
Faks: (994 20) 285-14-88
Ş.Soltanov
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter