• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Fəallar yığıncağı

Fəallar yığıncağı

Yazar Ismayilli
//
09 oktyabr 2014
//
//
Oxunub 1731
//

Fəallar yığıncağı


Sentyabr ayının 24-də İsmayıllı Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 sentyabr 2014-cü il tarixdə İsmayıllıya etdiyi səfərin yekunları ilə əlaqədar qarşıda duran vəzifələrə həsr edilən rayon fəallarının yığıncağı keçirilib.
Yığıncaqda RİH-nin, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları, KİV nümayəndələri, eləcə də rayonun ictimai-siyasi həyatında fəal lıq göstərən ziyalılar iştirak edib.
Fəallar yığıncağı
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Miradməd Sadıqov açaraq yığıncaq iştirakçılarını salamlayıb, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, eləcə də rayona səfərindən danışıb: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikamız qısa zaman kəsiyində inkişaf sürətinə və çoxistiqamətli inkişafda qazandığı nailiyyətlərə görə dünya ölkələri sırasında öncül yerə çıxıb. Cənab Prezidentin milli maraqlara, dərin zəkaya, yüksək intellektə, qlobal düşüncəyə əsaslanan siyasəti buna imkan vermişdir. Ölkə rəhbərinin neft sektorunda qazanılan uğurların iqtisadi-maliyyə nəticələrinin qeyri-neft sektoruna yönəltməsi bu sahənin də inkişafına təkan verir. Ümumidaxili məhsulun istehsalında qeyri-neft sektoruna düşən pay əhəmiyyətli dərəcədə artır.
Dövlət başçısının bölgələrə səfərləri bu yerlərə 10-20 illərin inkişafını gətirir, gələcək 50-100 illərin inkişafının möhkəm təməlini qoyur. 22 sentyabr 2014-cü ildə cənab Prezident İlham Əliyevin İsmayıllıya səfəri bir il bundan əvvəl əhalimizdə yaranan səfərbərliyi bir daha dərinləşdirdi. İşimizə verilən müsbət qiymət hamılıqla rayonumuzu qarşıdakı vəzifələrin icrasına daha məsuliyyətlə yanaşmağa yönəltdi.
Möhtərəm cənab Prezident Mərkəzi Xəstəxananın, 120 yerlik uşaq bağçasının, Rayon İcra Hakimiyyətinin inzibati binasının, Mədəniyyət Sarayının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binasının açılışını etdi. Tamamilə yenidən qurulmuş, yeniləşmiş, uşaqların zövqünə, marağına uyğun tikilmiş uşaq əyləncə parkına baxdı. Görülən işlərdən razı qaldı və yeni tapşırıqlar verdi. Yeni layihələrə dəstək verəcəyini bildirdi. İsmayıllının Respublikanın ən qabaqcıl rayonları sırasına çıxması üçün hərtərəfli köməklik göstərəcəyini dedi.
Mərkəzi xəstəxananın açılışı zamanı cənab Prezident İlham Əliyev tibb işçiləri və ictimaiyyət nümayəndələri ilə çox səmimi söhbət etdi. Gənc, müasir düşüncəli, dövlət səhiyyə siyasətinə yaxından bələd olan həkim Gülər Babayeva bütün ismayıllılar adından möhtərəm Prezidentimizi salamladı.
Dövlət başçısının İsmayıllıya səfərindən dərhal sonra rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 2 milyon manat vəsait ayırması barədə sərəncam verməsi onun sübutudur ki, bu firavanlıqdan İsmayıllının payına daha çox düşür. Dövlət siyasətinə sədaqət göstərən, dövlət mövqeyində inamla dayanan İsmayıllı sakinləri adından möhtərəm cənab Prezidentə hədsiz minnətdarlığımızı bildiririk.
Bu gün cənab Prezident İlham Əliyevin İsmayıllıya səfərinin yekunları ilə əlaqədar qarşıda duran vəzifələri müzakirə etmək və tədbirlər planı təsdiq etmək üçün fəallar yığıncağına toplaşmışıq. Fikir mübadiləsi aparmalı, təkliflərimizi verməli, bölgəmizin yeni yüksəliş yollarını müəyyənləşdirməliyik.
İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Ççingiz Muradlı fəallar yığıncağı iştirakçılarının Prezidentə ünvanladığı müraciəti oxuyub.
Çinarə Bəhərçinli

Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 sentyabr 2014-cü il tarixdə İsmayıllıya etdiyi səfərin yekunları ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı iştirakçılarının M ü r a c i ə t i

Möhtərəm cənab Prezident!
Biz-22 sentyabr 2014-cü il tarixdə İsmayıllıya etdiyiniz mübarək səfərin yekunlarına həsr olunmuş fəallar yığıncağının iştirakçıları Sizinlə görüşdən fərəhlənərək, dəyərli tapşırıq və məsləhətlərinizdən səfərbər olaraq bölgəmiz üçün tarixi əhəmiyyət kəsb edən günləri yaşayırıq.
Beynəlxalq miqyasda söz sahibi etdiyiniz, xoşbəxt həyata çatdırdığınız Azərbaycanın vətəndaşı olmaqdan qürur duyaraq bildiririk ki, Sizin bölgələrə səfəriniz o yerlərə 20-30 illərin inkişafını gətirir, 50-100 illərə hesablanmış sosial-iqtisadi inkişafın əsasını qoyur. İsmayıllı əhalisi uca şəxsiyyətinizə minnətdar olaraq, rayonda görülən işlərə verdiyiniz yüksək qiymətdən, görüşləriniz zamanı göstərdiyiniz səmimiyyət və mehribanlıqdan, növbəti layihələr üçün verdiyiniz dəstəkdən ruhlanaraq, qarşıdakı vəzifələrin icrası üçün fəallar yığıncağı çağırmışdır.
Bu yığıncaqda məsuliyyət hissi ilə Sizin verdiyiniz göstəriş, tapşırıq və tövsiyələri fəaliyyət proqramı kimi qəbul etmiş, ilkin layihələr və tədbirlər planı hazırlamışıq. Sizi əmin edirik ki, rayon rəhbərliyi ilə vəhdətdə, bütün qüvvələri və imkanları birləşdirərək onların mütləq icrasını təmin edəcəyik.
Möhtərəm cənab Prezident!
Biz Sizin tükənməz qayğınız, ardıcıl diqqətiniz əhatəsində arzuladığımız firavan bir həyata qovuşmuşuq. Səfəriniz başa çatan kimi, İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə vəsait ayırmağınız bu firavanlıqdan ismayıllıların payına daha çox düşdüyünü fərəhlə qeyd edirik. Xoşbəxtik ki, Sizin kimi rəhbərimiz, Azərbaycan kimi vətənimiz var.
İnkişaf sürətinə və qısa zamanda fəth etdiyi zirvələrə görə dünya ölkələri sırasında Azərbaycanın ön sırada olması Sizin milli maraqlar, yüksək intellekt, dərin elm, bənzərsiz təfəkkür üzərində qurulan siyasətinizin nəticəsidir. Bu yüksəliş, bu inkişaf dəyər verdiyiniz, qayğı göstərdiyiniz, arxa durduğunuz İsmayıllı rayonu üçün də əvəzi olmayan nümunədir.
Möhtərəm cənab Prezident!
Bir daha Sizə dərin minnətdarlığımızı, məhəbbətimizi bildirir, qarşıya qoyduğunuz bütün vəzifələrin, müəyyən olunmuş layihələrin həyata keçirilməsi üçün elliklə məsuliyyət daşıdığımızı bəyan edirik.
Xalqımız, millətimiz, Vətənimiz naminə Sizə möhkəm can sağlığı, torpaqlarımızın bütövləşməsi yolunda Qələbə, sosial-iqtisadi inkişafda yeni-yeni zirvələr arzulayırıq.
Dərin hörmət və ehtiramla:
22 sentyabr 2014-cü il tarixdə İsmayıllıya səfərinizin yekunlarına həsr olunmuş fəallar yığıncağının iştirakçıları
24 sentyabr 2014-cü il

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!