• Ana səhifə |
Subscribe by RSS or RUS

Təbrik edirik!

Yazar Ismayilli
//
09 oktyabr 2014
//
//
Oxunub 1683
//
Təbrik edirik!

Hörmətli oxucular! İsmayıllı ziyalılarına, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivinə, xüsusilə Lahıc qəsəbə və Diyallı kənd sakinlərinə sevinc gətirən bir xəbəri sizinlə bölüşmək istədik. İnformasiya texnologiyaları ilə işləyən müasirlərimiz bu xoş xəbərlə çoxdan tanışdırlar. Buyurun, siz də tanış olun. Adları qeyd olunan elm adamları, rayona hörmət gətirən iki kimyaçı alimimiz Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçiliblər:
Əlimərdanov Hafiz Mütəllim oğlu Lahıc qəsəbəsində anadan olub, kimya elmləri doktoru, Y.H.Məmmədəliyev adına Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, çapdan çıxmış 180, xaricdə çıxmış 60 elmi əsərin müəllifi;
Məmmədov Bəxtiyar Əjdər oğlu Diyallı kəndində anadan olub, Kimya elmləri doktoru, Polimer Materialları İnstitutunun professoru, çapdan çıxmış 175, xaricdə çıxmış 60 elmi əsərin müəllifi, laboratoriya rəhbəri.
Elmin yeni zirvələrinə doğru inamla addımlayan, AMEA-nın müxbir üzvü seçilən Hafiz Əlimərdanovu və Bəxtiyar Məmmədovu rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun bütün ictimaiyyəti, soydaşlarının uğuruna sevinən İsmayıllı sakinləri adından ürəkdən təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq!
İsmayıllı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!