• Ana səhifə |
Subscribe by RSS or RUS

Hansını deyim?

Yazar vusal
//
25 fevral 2012
//
//
Oxunub 2162
//
Hansını deyim?Gündəlik həyatımızda həm maraqlı, həm də xoşagəlməz hadisələrlə üzləşirik ki, heç fələk də bundan baş açmır. Onlar barədə qısaca yazmaq isə mümkün deyil. Adam bilmir hansından başlasın, necə başlasın və necə qurtarsın ki, gündəlik şahidi olduğu hadisələrin heç olmasa qısaca xronikasını verə bilsin. Hələ sutka ərzində təkcə özümüzlə bağlı deyil, başqaları ilə də bağlı eşitdiklərimizi, onların üzləşdikləri hallarla bağlı yazmaq bir az zordur. Amma nə qədər çətin olsa da, bu gün eşitdiklərimi və gördüklərimi ələkdən keçirdib onları oxuculara yumoristik və satirik dildə çatdırmağa çalışıram...
Yeni dərs ili başlayır. 1-ci kursun tələbələri həvəslə ali məktəbə gedirlər. Onların sifət cizgilərindəki mimikalardan, yəni hürkəklikdən, nabələdlikdən və həyəcandan bu tələbələrin birinci kurslarda təhsil aldıqlarını anlamaq olar. Müəllimlər də ki, sağ olsunlar, tələbələri bütün sıxıntılardan uzaqlaşdırmağa çalışırlar. Özlərinə rəğbət qazandıqdan sonra girişirlər biznes işinə. Və biznesi elə qururlar ki, tələbələr də bundan yetərincə yararlanırlar. Elə Fatma xalanın bu il 1-ci kursda oxuyan qızı da bu imkanlardan istifadə edib. Müəllim onu dərs danışmağa çağırıb. O da neyləsin, ali məktəbin qoxusu bir az tünd olub deyə, öyrəndiklərini də unudub. Müəllim soruşur ki, mənim kitabımı almısan. Qız deyir: bəli, müəllim, almışam. Müəllim: Hə, keç əyləş, dörd... - deyir. Beləcə, Fatma xalanın qızı dərs danışmamağın yolunu artıq tapıb. Dərslərin başlandığı az vaxtda onların evində istənilən lazımsız kitabı tapmaq olar.
Bir gün Fatma arvad yaman azarlayır. Uşaqları da evdə yoxdur ki, onu həkimə aparsınlar. Oğlu yeni tikdiyi evinə işıq çəkdirmək üçün işıq idarəsinə gedib, qızı da ki, universitetdə dərs danışır. Yazıq arvad dözə bilmədiyini görüb düzəlir yola. Güc-bəla ilə xəstəxanaya çatır. Ağ xalatlılar dərhal onu dövrəyə alırlar. Onlardan biri qabağa düşüb arvadı öz otağına aparır ki, müayinə eləsin. Müayinədən çıxan Fatma xalanın rəngi qap-qara olur. Həkim ona vəziyyətinin çox pis olduğunu demişdi, filan-filan dərmanları mütləq atmalıydı. Özü də bu dərmanlar yalnız həkimin dediyi ünvandakı aptekdə satılırmış (bu da həkim biznesi, hələ içəridə arvadı necə tərlədib, onu day demirəm). Yazıq arvad üz tutur aptekə. Cibində olan-qalan 40 manat pulunu da dərman almağa xərcləyir. Bütün dərmanları alır, onlardan istifadə edir, amma biçarə arvadın halı düzəlmir ki, düzəlmir. Hə, indi yazıq Fatma xala ləçəyini qabağına qoyub gecə-gündüz fikirləşir ki, bir qədər yol xərci, müalicə pulu filan hazırlayıb (yol xərci ha) İrana getsin. Eşidib ki, orada hər şey ucuz və keyfiyyətlidir.
Fatma xala pul toplasın, görək oğlu neyləyib, bu vaxta qədər evlərinə işıq çəkdirə bilibmi?
Oğlan işıq idarəsinə neçə dəfə gəlib-gedib, bunun sayı bilinmir. Hər dəfə də müxtəlif bəhanələrlə qarşılaşır. Bu dəfə deyəsən, yaman hirslidir. Rəisin otağında səs-səsə qarışıb, necə deyərlər, ağız deyəni qulaq eşitmir. Rəis onu sakitləşdirib deyir: Qardaş, sayğac pulsuzdu, düzdür. Amma, bizim materialımız yoxdu, bunları sən özün almalısan. Əvvəllər pulsuz verilirdi, indi isə yoxumuzdu. Get filan yerdə satılır ordan al. Oğlan dönüb oldu gözləri qan çanağına dönmüş bir şir, başladı nə başladı: A kişi, bir qəpik də pulum yoxdu, anam xəstədi, prezidentin qərarı var ki, bunların hamısı pulsuzdu. Necə olur, bazarda meyvə satan onu tərəzidə çəkib verir, daha demir ki, tərəzinin də haqqını ver. Bu da həmin şeydi də, tərəzini qoy pulunu al məndən. Belə çıxır ki, mən bazardan nəsə alanda satıcıya tərəzi də alım verim?. Görünür Fatma xalanın oğlu qızına nisbətən müəllim biznesinin qurbanı olmayıb. Ancaq, nə faydası, işıq məsələsi hələ çox çəkəcək deyəsən... Oğlan hirsli-hirsli idarəni tərk edib metroya tərəf gedir. Tələbələrin çıxan vaxtı olduğundan vaqonlar ağız-buğuz dolu idi. Birtəhər özünü soxur içəri. Qapılar bağlanarkən tutub saxlayır onu, neyləsin, yoxsa arasında qala bilər. Bu vaxt yuxarıdakı səsgücləndiricidən səs gəlir: Ə, meymunluq eləmə orda, burax qapını. Heç kim bu səslərə reaksiya vermir. Ona görə ki, qulaqlar tez-tez eşidib bunları. Hələ yerüstü nəqliyyatı demirəm...
Yerüstü nəqliyyat demişkən, ona da bir haşiyə çıxaq. Bu yaxınlarda avtobusla uzaq bir rayona gedirəm. Bəxtimdən yol yoldaşım paytaxtda xod gedən sərnişin avtobusunun sürücüsü idi. Yolboyu onun dediyi sözlərdən biri də bunlar idi: Şəhərdə hara baxırsan iş gedir. Ya abadlaşdırma, ya da əsaslı və ya cari təmir. Tıxac əlindən tərpənmək olmur. Ona görə də sürücülər psixoloji cəhətdən xəstədirlər. Sərnişinlərə olan pis rəftar da bundan irəli gəlir.
Sürücüdən danışdıq, Fatma arvad yaddan çıxdı. Görəsən, neyləyəcək, pul tapıb İrana gedə biləcəkmi? Bu arada ailənin başçısı Xankişinin də başı yaman dərddədi. Yazıq kişi bilirdi ki, başqasının biznesinə qoşulmaqdan xeyir gəlməz. Ona görə 1-2 qoyun alıb öz şəxsi biznesini qurmuşdu. Qoyunların isə yun qırxını idi. Kişi də eləmə tənbəllik, qoyunları qırxıb belində də bir tala saxlamışdı ki tanınsın. Amma, qayçı qoyunun dərisini bir az yaralamışdı. Bunu yuxarılardan kimsə görmüşdü və Xankişini məsuliyyətə cəlb eləmişdilər ki, bəs sən ev heyvanının sağlamlığına zərər vurmusan. O gündən bəri kişinin günü qara olub

Şərh əlavə et:
Комментарии к новости (1)

Şərh eəlavə et

------------ -----------
Free counters!