Ömürə naxış illər » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Ömürə naxış illər

Ömürə naxış illər

Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.
Heydər Əliyev
Ali məktəbə təzə daxil olan illərim idi. Yoldaşlarım kimi mən də kitab acı idim. Hər yandan ixtisasımla bağlı kitab soraqlayır, onu əldə etməyənə qədər sakitləşmirdim. Ancaq ya hamısını əldə etmək, ya da növbəti sessiyaya qədər oxuyub başa çatdırmaq olmurdu. (Fürsətdən istifadə edərək həmin dövrdə mənə və yüzlərlə digər tələbəyə ən yaxın sirdaş olan mərkəzi kitabxananın işçilərinə ən dərin minnətdarlığımı bildirir, xüsusən o dövrdə ana qayğısı ilə bütün problemlərimi həll etməyə çalışan mərhum Bəşirə İsrayılovanın ruhu qarşısında baş əyirəm).
Bir gün adətən, əksər hallarda passiv görünən tələbə yoldaşımın dil-dil ötdüyünü, qədim dövr Azərbaycan ədəbiyyatı ilə bağlı suallara məzmunlu və tutarlı cavab verdiyini görüb təəccübləndim.
Zarafatyana Nizaminin Sirlər xəzinəsindəki dəllək və padşah əhvalatını, yağının altında xəzinənin olduğunu soruşdum. Bunun cavabında o mənə balaca, miniatür kitab formasında bir dəftərçə göstərdi. Bu balaca dəftərçədə nələr yox idi?! Aylarla ayrı-ayrı kitablardan öyrəndiyim materiallar bircə dəfə oxunmaqla beynimə həkk olundu. Sanki hər xəzinədən bir dürr, inci seçilmişdi.
Dəftərçənin kimə aid olduğunu soruşduqda: Hacı müəllimindir, Mücühəftəran məktəbinin müəllimidir dedi. Mən bu balaca dəftərçədəki böyük hikmətə, səliqəli dəst-xəttə, insanın səbr və iradəsinə heyran qaldım.
Ömürə naxış illər
Sonradan rayon ziyalılarının çox sevdiyi Zəhmətkeş qəzeti səhifələrində imzasına tez-tez rast gəlir, maraqlı və məzmunlu yazılarını diqqətlə oxuyurdum.
Ünvanları tez-tez dəyişdi, bir çox məktəblərdə çalışdı. Ancaq dəyişilən təkcə məktəblər oldu: ilhamla çalışmağı isə bir an da olsa onu tərk etmədi. Təhsillə bağlı tədbirlərdə, elin xeyir-şər məclislərində tez-tez rastlaşdıq. Onun bir insan kimi səmimiyyətini, bir ziyalı olduğunu gördüm. Gözümüzün önündəcə şagirdlərin yolunda şam kimi əridikcə, bunun müqabilində insanların ümid və inamını, yeni-yeni nailiyyətlər qazandıqca, titullarının sayı artdıqca, pillə-pillə artdıqca ona inamımız da artır, rayonumuzun belə ziyalısı olduğuna görə fəxr edirdik: artıq adı öncüllər sırasında çəkilirdi.
Çox zəhmətkeş həyat yolu var Hacıməmməd Məmmədovun. 1950-ci ildə İsmayıllı rayonunun Pirəqanım kəndində doğulub. Bağəli ibtidai, Müdri səkkizillik və Lahıc qəsəbə orta məktəblərində dərs alıb. Hansı məktəbdə oxumağından asılı olmayaraq, müəllimlərinin və şagird yoldaşlarının sevimlisi olub. Orta məktəbi müvəffəqiyyətlə bitirsə də, hələ ali təhsil almağa tələsməyib. Hərbi xidməti bitirdikdən sonra bir neçə il tikintidə işləyərək ailə ehtiyaclarını ödəməyə çalışıb. Nəhayət, 20 yaşlarında çoxdan ürəyində gəzdirdiyi ali təhsil almaq arzusu reallaşıb. H.B.Zərdabi adına Gəncə Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) daxil olub. Qiyabi təhsil ala-ala müəllim işləməyə başlayıb. Çox həyəcanla jurnal alıb sinfə girdiyi ilk dərsi Mücühəftəran kənd 8-illik məktəbində olur. Həmin gündən qarşısına ali məqsəd qoyur: şagirdlərə təkcə (Azərbaycan) tükənməz bulaq kimi qaynayan dilimizin gözəlliyini, ədəbiyyatımızın zənginliyini öyrətməklə işini bitmiş hesab etməmək, cəmiyyətin ehtiyaclarını ödəmək üçün hər an hazır olan şəxsiyyət yetişdirmək.
Bu müqəddəs amalı həyata keçirmək üçün ilk gündən öyrənir, qabaqcıl təcrübəyə yiyələnir və yenə də axtarışdadır.
1972-ci ildən 1990-cı ilədək müxtəlif məktəblərdə işlədi 24 illik əmək fəaliyyəti N.Behtiyevin adına şəhər 6 nömrəli tam orta məktəbində də xəyallarında yaşatdığı əsl müəllim olmaq, işıqlı ömür yaşamaq, zəhməti ilə nəsillərə örnək olan neçə-neçə yeniyetmənin bilikli şəxsiyyət kimi formalaşması üçün ömrünü məşəl etmək, şam etmək amalı onu bir an da tərk etməyib.
H.Məmmədov yaxşı bilir ki, indiki şəraitdə insanların yeni yaşayış tərzlərinə uyğunlaşmasına, yeni siyasi münasibətlərin və inkişaf istiqamətlərinin ictimai şüurda, praktikada möhkəmləndirilməsinə nail olmağa təhsilin daha geniş imkanları var. Qoyulan tələblərə cavab vermək üçün interaktiv təlim metodlarından yerli-yerində istifadə etməklə, şagirdləri daim fəaliyyətə cəlb etməyə, onlarda yaradıcı təşəbbüskarlıq, müstəqillik formalaşdırmağa, eyni zamanda cəmiyyətin maraqlarını nəzərə almağa çalışır.
Qabaqcıl müəllim yaxşı başa düşür ki, təlim prosesində cəmiyyətə layiq insan yetişdirilməsində həm Azərbaycan dili, həm də ədəbiyyatın rolu danılmazdır. Buna görə də hər iki fənnin tədrisi zamanı elə üslub və vasitələrə üstünlük verir ki, şagirdlərə demokratik cəmiyyət üçün tələb olunan sosial və intellektual vərdişlərin inkişafına kömək etsin.
Yaradıcı müəllim interaktiv təlimin ən çox istifadə olunan metodlarından bacarıqla istifadə etməklə bərabər, şagirdlərin yaradıcı təfəkküründə mühüm amil olan fənlərarası inteqrasiyaya da üstünlük verir. O, həmçinin yeni metodların yaradıcı tətbiqi zamanı bacarıqla onlara uyğun iş formalarını seçir.
Zamanın nəbzini düzgün tutan müəllim həmişə öz işinin bəhrəsini şagirdlərinin nailiyyətlərini görüb yetirmələri ilə daim fəxr edən Hacıməmməd müəllimin şagirdləri dəfələrlə respublika fənn olimpiadaları və inşa yazı müsabiqələrinin qalibi olmuş, qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlanmışlar. Çoxsaylı təltiflər, Fəxri fərmanlar, təşəkkürnamələr, əyləşdiyi fəxri kürsülər.
H.Məmmədov respublika miqyaslı pedaqoji seminar və konfransların iştirakçısı olmaqla, aktual mövzularda məruzələr oxumuşdur. 2002-2003-cü tədris ilində respublika üzrə keçirilən pedaqoji mühazirələr müsabiqəsində məruzəsi Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülüb. Qızıl qələm mükafatı alıb. 2007-ci ildə Qabaqcıl təhsil işçisi döş nişanına, 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tərəqqi medalına layiq görülüb.
2003-cü ilin oktyabrında Azərbaycan Müəllimlərinin XII qurultayının nümayəndəsi seçilib.
H.Məmmədov təkcə işlədiyi məktəbin deyil, rayonun da ictimai işlərində fəal iştirak edir. O, keçirilən ilk bələdiyyə seçkilərində də uğur qazanmış və İsmayıllı bələdiyyəsinin üzvü seçilmişdir. 2006-cı ildən isə 86 nömrəli İsmayıllı Dairə Seçki Komissiyasının üzvüdür.
Ancaq bütün bunların şövqündə Hacıməmməd müəllimi daha çox qürurlandıran bir mükafatı var. Bu da təlim-tərbiyələrinə əmək sərf etdiyi gənclərin cəmiyyətdə layiqli yer tutmaları və müəllimlərinə hörmətlə baş əymələridir.
H.Məmmədov yüksək intellektual səviyyəli, dünyanı gözəllik prizmasından qiymətləndirən fəlsəfi duyumlu, yaradıcı ziyalılardandır.
Şairdir. Qəlbindən keçənləri, onu narahat edən problemləri ilhamla qələmə almağı bacarır. Səndən başqa bir sevdiyim bəndə yox şeir kitabının müəllifidir.
Həmmüəllifi olduğu Eldən gedən oğul, Uğur yolları kitabları isə onun publisistik qələminin kəsərliliyini göstərən nümunələrdir. Ziya ocağı kitabı çalışdığı məktəbin qabaqcıl iş təcrübəsinə həsr olunub.
O, zəngin pedaqoji təcrübəyə malik, öz işinə məsuliyyətlə yanaşan, yaradıcı pedaqoqdur. Müxtəlif didaktik materialların hazırlanmasında fəal iştirak etmişdir İşgüzar sənədlər, İmla, İfadə mətnləri (V-XI siniflər üçün), Ədəbiyyatdan sual-cavab , V-XI siniflər üçün Azərbaycan dili və ədəbiyyatdan test kitablarının müəllifidir.
Ən başlıcası isə cəmiyyətdə şərəfli mövqe tutan, kömək əlini əsirgəməyən, dəyərli dost, gözəl həmkar adlarını ləyaqətlə daşıyan, el-obanın ehtiramını qazanan qayğıkeş bir insandır.
Ömrünün müdriklik çağını yaşayan Hacıməmməd müəllim gözəl ailə başçısıdır.
Həyat yoldaşı Azərbaycan qadınlarının ən xoş məziyyətlərini özündə birləşdirən mehriban və səmimi bir xanımdır. Bu bəxtiyar ailədə üç uşaq böyüyüb tərbiyə alıb. Cəmiyyətdə layiqli mövqe tutub. Bu cütlüyü daha çox xoşbəxt edən isə sevimli nəvələridir.
Ömrünün bu çağında, müəllim günü ərəfəsində hələ də gənclik enerjisi ilə çalışan, təkcə işlətdiyi kollektivə deyil, rayonumuza da başucalığı gətirən Hacıməmməd Məmmədova daha uca məqamlar arzulayıb, deyirəm: Qoy gələcək illər həyatına yeni-yeni töhfələr bəxş etsin, bizim əziz qardaşımız!
Rəna Mirzəliyeva
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter