Yüksək nəticələr uğrunda » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Yüksək nəticələr uğrunda


Yüksək nəticələr uğrunda


Neçə aylar sükuta qərq olmuş məktəblərdə yenə canlanma başlanıb. Yeni dərs ilinə start verilib. Məktəblərdə əvvəlki sükunətdən əsər-əlamət qalmayıb. İndi məktəblərin dəhliz və sinif otaqları şən uşaq gülüş və səslərinə bürünüb. Şəhər 5 nömrəli tam orta məktəbinin həyəti də həmin gün izdihamlı idi. Buraya toplaşanlar Bilik gününü əziz bayram kimi qeyd etdilər. Məktəbin direktoru Elçin Məmmədov buraya toplaşanlara müraciətlə dedi:
- Hörmətli qonaqlar, müəllimlər, sevimli valideynlər və uşaqlar Sizin hər birinizi yeni dərs
ilinin başlanması münasibətilə ürəkdən təbrik edir, hamınıza xoş gəlmisiniz deyirəm. Məlun olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il tarixli fərmanına uyğun olaraq sentyabrın 15-i Bilik günü kimi qeyd olunur. Bu, hamımız üçün əziz bayramdır. Məlum həqiqətdir ki, təhsilin keyfiyyəti məktəbin fəaliyyətini xarakterizə edən əsas amillərdən biridir. Bu, özünü məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbulunda göstərir.
Ağsaqqal ziyalılar adından çıxış edən təhsil veteranı və həmin məktəbin sabiq direktoru Fərman Bəşirov kollektivi, valideynləri və məktəbliləri bu əlamətdar gün münasibətilə təbrik etdi və onlara yüksək uğurlar arzuladı. Qocaman pedaqoq keçmiş həmkarlarına şagird, müəllim və valideyn münasibətlərindən söz açdı. Təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışdı.
Şəhər 5 nömrəli tam orta məktəbinin yaşı çox azdır cəmi onca il. Buna baxmayaraq kollektivin nailiyyətləri ildən-ilə artmaqdadır. Bu barədə qəzetimizin 13 sentyabr 2014-cü il tarixli nömrəsində həmin məktəbin müəllimi Y.Ağayevanın 10 ilin bəhrəsi, 5-ə layiq nəticə sərlövhəli yazısında geniş bəhs edildiyinə görə biz bir neçə rəqəmlə kifayətlənəcəyik.
Yeni dərs ilində məktəbdə 770 nəfərdən çox şagird təhsil alacaqdır. Onlardan 82 nəfəri ilk dəfə məktəbə qədəm qoyanlardır. Müxtəlif ixtisaslı 72 nəfər müəllim uşaqların təlim-tərbiyəsi ilə məşğul olacaqdır. Məktəbin 10 illiyi bu ilin noyabr ayında tamam olur. Məktəb öz kiçik yubileyini çox yüksək nəticə ilə qarşılayır. Məktəbin 42 məzunu tələbə adını qazanmışdır. Fəxredici nəticədir. Bu il məktəbin 71 nəfər məzununun hamısı buraxılış imtahanından uğurla çıxaraq attestat almışdır. Onlardan 58 nəfəri ali təhsil müəssisələrinə sənəd vermiş və 45 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 8 nəfəri 600-700, dörd nəfəri isə 500-600 arası bal toplamışdır. Məzun Şəhla Abdullayeva məktəbi qızıl medalla bitirmişdir.
Məktəb fəaliyyətə başlayan gündən burada ciddi nizam-intizam yaradılmış, müəllimdən direktora qədər hərə öz vəzifəsinə məsuliyyətlə yanaşmışdır. Bu ənənə uzun illərdir ki, davam edir, nəzarət də öz qaydasında. Burada çalışan müəllimlərin hər biri nümunə göstəriləsi şəxslərdəndir və sənətinin vurğunudur.
Məktəbin yeni dərs ilinə hazırlanması məqsədilə xeyli iş görülmüşdür. Akt zalında döşəmə təzələnmiş, digər işlər həyata keçirilmişdir. Qış aylarında problemlər yaradan qazanxana əsaslı təmir edilmişdir. Burada qazan yenisi ilə - daha müasiri ilə əvəzlənmişdir. Sinif və laboratoriyalardakı radiatorların hamısı dəyişdirilərək daha müasirləri ilə əvəzlənmişdir. Oraya yeni qaz xətti çəkilmişdir. Qazanxana sınaqdan keçirilmişdir. Sınaqlar yaxşı nəticə vermişdir.
Yeni dərs ilinin ilk günündə Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki Solmaz Amanova Azərbaycan bu gün və sabah mövzusunda məktəblilər qarşısında çıxış etmişdir.
Yeni dərs ilinin ilk zəngi çalındı, şagirdlər sinif otaqlarına doluşdular və məşğələlər başlandı. İnanırıq ki, yeni tədris ilində pedaqoji kollektivin nailiyyətləri bu ilki nəticələri üstələyəcəkdir.
B.Babayev
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter