• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Öndərin doğum günündə

Öndərin doğum günündə

Yazar Ismayilli
//
02 iyun 2012
//
//
Oxunub 1746
//
Öndərin doğum  günündəÖndərin doğum  günündəMayın 10-da səhər saatlarında İsmayıllı şəhərinin mərkəzində xüsusi canlanma vardı. Ulu öndər Heydər Əliyevin adını daşıyan meydana toplaşanların əllərində gül-çiçəklər vardı. Bu gün rayon ictimaiyyəti Ümummilli liderin anadan olmasının 89-cu ildönümünü qeyd etmək üçün şəhərin mərkəzindəki abidənin önünə gülqoyma mərasiminə toplaşmışdı.
Saat 10-da adamlar abidəyə tərəf hərəkət etdilər. Rayon Icra Hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, idarə, məktəb, müəssisə və təşkilatların nümayəndələri dəstə-dəstə abidəyə yaxınlaşdılar, gülləri qoyub baş əydilər, Ulu öndərə ehtiramlarını bildirdilər.
Anma mərasiminə gələnlər buradan birbaşa Heydər Əliyev Mərkəzinə yollandılar. Ziyarətçilər Mərkəzdəki eksponatlara tamaşa edib, Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədlərlə tanış oldular.
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!