İçeriğe geçmek için "Enter"a basın

Şu ayda yayınlananlar: “Yıl: 2016

“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanova

Hörmətli baş redaktor!
Yuvarlaq rəqəmləri insan ömründə hansısa mərhələnin başlanğıcını özündə təcəssüm etdirən simvolik rəmz də adlandırmaq mümkündür. Bu mənada altmış da xüsusi sanballı çəkiyə malikdir. Əksəriyyət kimi mən də onu ağsaqqallıq mərhələsinin başlanğıcı sayıram. Bu həm xoşbəxtlik, həm də çiyinlərin çox ağır mənəvi yükün altına verilməsidir. İllər boyu qazanılan nüfuzu qorumalı və eyni zamanda ağsaqqal adını daşımağa haqqın cəmiyyət tərəfindən qəbul olunmalıdır.
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanova

Azərbaycanın Dövlət müstəqilliyinin bərpasından sonra təhsilin inkişafı

1993-cü ilin yayında xalqımızın təkidli xahişi ilə ikinci dəfə Azərbaycana, hakimiyyətin ali kürsüsünə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təhsil sisteminizdə əmələ gəlmiş böhrana, hərcmərcliyə son qoyuldu. Təhsilin idarə edilməsinə gətirilmiş səriştəsiz adamlar oradan uzaqlaşdırıldı, dövlət mövqeli peşakar, bacarıqlı, işgüzar alimlər, müəllimlər yenidən təhsilin idarə edilməsinə gətirildi. “Təhsil millətin gələcəyidir” deyən ümummilli lider Heydər Əliyevin tapşırığı ilə təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı. Azərbaycanın Dövlət müstəqilliyinin bərpasından sonra təhsilin inkişafı
Azərbaycanın Dövlət müstəqilliyinin bərpasından sonra təhsilin inkişafı

Birlikdə rəhmət, parçalanmaqda əzab vardır

“Azərbaycan” qəzetinin 26 oktyabr 2016-cı il tarixli nömrəsində millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Zirvədən görünən İslam dünyası” başlıqlı iri həcmli yazısı diqqətimi cəlb etdi. Oxudum. Bir ifadə məni bu yazıya şövq etdi. H.Mirələmov yazır: “Həzrəti peyğəmbərimiz Məhəmməd salavatullah bizlərə tövsiyə etmişdir: “Birlikdə rəhmət, parçalanmaqda əzab vardır”.Birlikdə rəhmət, parçalanmaqda əzab vardır
Birlikdə rəhmət, parçalanmaqda əzab vardır

Sapı bizdən baltalar

Şərə qapı açanlara, ədalətdən qaçanlara, böhtan ilğımında batanlara, pusqularda yatanlara, şər və böhtan satanlara, sözlə ara qatanlara, yaxşılığı, yaxşıları, inkişafı, yüksəlişi görməmək üçün öz qələmi ilə öz gözünü kor edənlərə, mənliyi saxta, ürəyi taxta, ağlı dayaz, məsləki əyri, tərbiyəsi kasad olanlara, düzü əyri yazanlara, haqq yolundan azanlara həsr olunub bu şeirim.Sapı bizdən baltalar

Təbiətə sevgi, gənclərə nümunə

Payız bar-bərəkət mövsümü olmaqla yanaşı həm də ağacəkmə vaxtıdır. Payızda əkilən tinglər yazın gəlişi zamanı oyanır və sözün həqiqi mənasında köklü şəkildə torpağa bağlanır. Mütəxəssislər və yaşlı nəslin nümayəndələri bildirirlər ki, payız ağac əkini yazda aparılan əkindən daha üstündür.Təbiətə sevgi, gənclərə nümunə

Yeni rubrika: Həmyerlilərimizi tanıyaq

Azərbaycanda doğulan, qısa ömür yaşamasına baxmayaraq (44 il) ən məşhur astrofiziklər səviyyəsinə qalxan, əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan Nadir İbrahimov ilk dəfə olaraq Mars planetinin heç kəsin indiyədək görə bilmədiyi sahəsinin xəritəsini çəkib. Yeni rubrika: Həmyerlilərimizi tanıyaqplanetin 2000-ə yaxın fotosunu çəkməklə yeni sahələrini aşkarladığını təsdiqləyirlər. 1982-ci ilin oktyabrında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patra şəhərində keçirilən Baş Assambleyası Azərbaycan astronomu Nadir Baba oğlu İbrahimovun Marsa dair araşdırmalarını yüksək qiymətləndirib, bu planetin səthindəki kraterlərin birinə onun adını verib. İndi Marsda Kopernik, Kepler, Keldış, Jül Vern kraterləri ilə yanaşı, İbrahimov krateri də mövcuddur.
“İsmayıllı xəbərləri”

Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilib

Г‡ağdaş dünyada müxtəlif millətlərə, dinlərə mənsub insanların bir arada yaşaması günümüzün gerçəkliyidir. Ona görə müasir dövrdə tolerantlıq mühitinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi zamanın ən vacib çağırışlarındandır.Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilibBunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə regionlarda Heydər Əliyev Mərkəzlərində 16 Noyabr-Tolerantlıq Gününə həsr olunmuş tədbirlər keçirilməkdədir.
Belə tədbirlərdən biri 11 noyabr 2016-cı il tarixdə İsmayıllıda-Heydər Əliyev Mərkəzində reallaşdı. Tolerantlıq gününə həsr olunmuş tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açdı və ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2016-cı ilin multikulturalizm ili olduğunu, bu istiqamətdə rayonda tədbirlərin ardıcıl icrasını diqqətə çatdırdı.
Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənov Tolerantlıq günü ilə bağlı geniş məruzə ilə çıxış etdi, Azərbaycanda dinlərarası, millətlərarası münasibətlərin normal dinamikasını, multikulturalizmin həyat tərzinə çevrilməsini ölkə rəhbərinin apardığı uğurlu siyasətin nəticəsi kimi tədbir iştirakçılarına real faktlarla çatdırdı.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında bu sahədə ümummilli lider Heydər Əliyevin apardığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dünyada Azərbaycanın tolerant və multikultural bir ölkə kimi tanındığını, Azərbaycanda tolerantlığın və multikulturalizmin dövlət siyasətinin tərkib hissəsini təşkil etdiyini bildirdi.
Sonda mövzu ətrafında müzakirələr aparıldı, tədbir iştirakçılarının sualları cavablandırıldı.
Murad Məhərrəmov

Nar bayramı – çoşqu və qürurverici anlar

Noyabrın 5-də Göyçay rayonunda təşkil olunan XI nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən xeyli fərqlənib. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, beynəlxalq təşkilatların əməkdaşlarının, ümumilikdə, 15 minə yaxın insanın iştirak etdiyi möhtəşəm nar bayramı təbii sərvətimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.
Nar bayramı - çoşqu və qürurverici anlar
Nar bayramı - çoşqu və qürurverici anlar