• Ana səhifə |
Subscribe by RSS or RUS
İcma əsaslı turizmin inkişafı

İcma əsaslı turizmin inkişafı

02 oktyabr 2014
//
Oxunub: 1640 şərhlər 0
26 sentyabr 2014-cü il tarixdə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində İcma əsaslı turizmin inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsi layihə çərçivəsində Regionların turizm imkanları mövzusunda seminar-iclas keçirildi. Çıxış sözü ilə iclası Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açdı.
Neftçilər günü peşə bayramı

Neftçilər günü peşə bayramı

02 oktyabr 2014
//
Oxunub: 1454 şərhlər 0
Bayram tədbiri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoymaqla başladı. Tədbirə mütəşəkkil, uğurlardan sevinərək gəlmiş rayon ictimaiyyətinin nümayəndələri və qaz istismarı sahəsinin işçiləri bayram təntənəsinin davamı üçün Heydər Əliyev Mərkəzinə gəldilər. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova açaraq dedi: - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilən dövlət neft siyasəti ümummilli lider Heydər Əliyevin Əsrin müqaviləsindən başlanan neft strategiyasının təntənəsidir. Odur ki, biz bu gün Heydər Əliyev idarəetmə məktəbinin növbəti məşğələsində Dövlət neft siyasəti Heydər Əliyevin Əsrin müqaviləsindən başlanan neft strategiyasının təntənəsidir mövzusunu neftçilərin peşə bayramının qeyd olunması tədbirində öyrənirik.
Ziyarət  yerimiz  olacaq

Ziyarət yerimiz olacaq

02 oktyabr 2014
//
Oxunub: 1487 şərhlər 0
Sentyabr ayının 21-də şəhərimizin Nizami küçəsi ilə M.Orucov küçəsinin kəsişdiyi yerdə böyük izdiham vardı. Şəhər sakinləri daha bir ziyarətgah yerinin açılışına toplaşmışdılar. Ana harayı adlanan və erməni soyqırımına məruz qalmış vətəndaşlarımızın xatirəsinə həsr edilmiş möhtəşəm abidənin açılışı oldu. Buraya əllərində qırmızı qərənfillər tutmuş müharibə, əmək və Qarabağ döyüşlərinin veteranları, digər şəhər sakinləri gəlmişdilər. Hamı intizarla tədbirin açılışını gözləyirdi. RİH aparatının, rayon inzibati orqanlarının işçiləri də burada idilər.
Rayona turist axını güclənir

Rayona turist axını güclənir

02 oktyabr 2014
//
Oxunub: 1303 şərhlər 0
Sentyabr ayının 27-də İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Ümumdünya Turizm Günü ilə əlaqədar tədbir keçirilib.
Bank-kredit sektoru - debitor-ictimaiyyət və media münasibətləri

Bank-kredit sektoru - debitor-ictimaiyyət və media münasibətləri

02 oktyabr 2014
//
Oxunub: 4929 şərhlər 0
Zərdabi Mətbuat Mərkəzi və KredAqro Bank Olmayan Kredit Təşkilatının (BOKT) Bank-kredit sektoru - debitor-ictimaiyyət və media münasibətləri KİV müstəvisində: mövcud durum və peşəkarlığın artırılması yolları layihəsi çərçivəsində dəyirmi masa keçirilib. KredAqro BOKT-nin İsmayıllı şəhərindəki filialında keçirilən tədbirdə bank-kredit sektorunun yerli filiallarının, regional qəzetlərin təmsilçiləri, müştərilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Gənclərə qayğı

Gənclərə qayğı

02 oktyabr 2014
//
Oxunub: 1400 şərhlər 0
ATİAHİ İsmayıllı RK-də təhsil müəssisələrində çalışan və təhsil alan gənclərin əsl vətəndaş kimi yetişməsində, elmli, savadlı olması, istedadlarının üzrə çıxarılması və inkişaf etdirilməsi üçün lazımi şəraitin yaradılması sahəsində müntəzəm tədbirlər keçirir. Hər il olduğu kimi bu ildə də il ərzində müxtəlif bilik yarışlarında, olimpiadalarda, idman yarışlarında, Respublika və Beynəlxalq müsabiqələrdə iştirak edib qalib gəlmiş 80 nəfərdən çox istedadlı şagird İstedad soragında rayon toplantısında RTŞ-si və RK-nın diplomları və qiymətli hədiyyələri ilə təltif olunmuşdur. Bu günlərdə daha bir neçə tədbir keçirilmiş, gənclər mükafatlandırılmışlar. RİH-nın təşkilatçılığı ilə keçirilən Təhsil bayramında bu il tələbə adını qazanmış 276 nəfər məzunun hər biri RK-si tərəfindən qiymətli hədiyyə verilmişdir.
Hüquq insan üçündür

Hüquq insan üçündür

02 oktyabr 2014
//
Oxunub: 1417 şərhlər 0
Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Hüquq insan üçündür! adlı layihə ilə bağlı sentyabr ayının 19-da şəhər 3 nömrəli tam orta məktəbində tədbir keçirib.
Yaxşı adam...

Yaxşı adam...

02 oktyabr 2014
//
Oxunub: 1591 şərhlər 0
Dağ çiçəklərini 2002-ci ildən sonra solmağa qoymayan, ətirini biz oxuculara müntəzəm çatdıran bir yaxşı adamdan söhbət açmaq istəyindəyəm. Dünyada nə qədər yaxşı adam var, Yaxşıhq insanla əkiz doğulur. Ən yaxş adamlar, yaxşı adamlar Nədənsə, dünyada oxşarsız olur. (M.Araz)
Gənc sosial işçilərin hazırlanması

Gənc sosial işçilərin hazırlanması

02 oktyabr 2014
//
Oxunub: 2503 şərhlər 0
İsmayıllı Rayon Məşğulluq Mərkəzində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc sosial işçilərin hazırlanması layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, bir sıra idarə təşkilatların nümayəndələri, şagirdlər və rayonun ictimai həyatında fəallıq göstərən bir qrup gənc iştirak edib.
Kurikulum kursları keçirilmişdir

Kurikulum kursları keçirilmişdir

02 oktyabr 2014
//
Oxunub: 1680 şərhlər 0
Artıq neçə ildir ki, rayonumuz təhsil sahəsindəki göstəricilərinə görə Respublikada qabaqcıl yerlərdən birini tutur. Yeni tədris proqramlarının (kurikulum) tətbiqi, bu sahədə daha yüksək nəticələrə nail olmaq üçün rayonumuzda müxtəlif fənlər üzrə Kurikulum kursları keçirilmişdir. Müəllimlərin peşəkarlıq səviyyələrini artırmaq məqsədi ilə təşkil olunmuş belə kursların iştirakçılarından biri olmaqla burada öyrəndiklərimiz əsasında daha yeni bilik və bacarıqlara yiyələndik, həmçinin bu müddətdə özümüzə daha yaxın həmkarlar tapdıq.
------------ -----------
Free counters!