• Ana səhifə |
Subscribe by RSS or RUS
Ulu Basqalın elm korifeyləri və məşhur ictlmai xadimləri

Ulu Basqalın elm korifeyləri və məşhur ictlmai xadimləri

27 mart 2014
//
Oxunub: 2722 şərhlər 0
Sağlıqda xalqın sevimlisi, öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir. M.F.Axundov
İsmayıllıda 1918-ci il erməni vəhşilikləri

İsmayıllıda 1918-ci il erməni vəhşilikləri

27 mart 2014
//
Oxunub: 1298 şərhlər 0
1918-ci ilin yazında məlum mart hadisələrindən sonra Şamaxı, Ağsu, İsmayıllı bölgəsində də erməni başkəsənləri fəallaşmışlar. Bu ərazidə başkəsənlərə Sovet dövründə görkəmli bolşevik kimi 26-ların siyahısına salınmış mənfur Əmiryan qardaşları başçılıq etmişlər. Göyçay istiqamətində döyüşlər ərəfəsində XKS-nin qoşunları əlverişli şərait yaratmaq məqsədilə birinci Hacıhətəmli kəndini hədəf seçiblər, çünki bu kənd erməni kəndlərinin əhatəsində idi, coğrafi mövqeinə görə Göyçaya yaxın idi və yüksəklikdə yerləşir.Kəndin alınması Göyçaya hücum üçün əlverişli şərait yaradırdı. Kəndə hücum ərəfəsində ermənilər kəndin yüzbaşısı Zülfüqarı və daha bir neçə sakini xüsusi qəddarlıqla qətlə yetirmişlər. Uzun müddət orduya çağrılmadıqlarına görə silah atmağı bacarmayan kənd cavanları çar ordusunda xidmət edib, döyüşməyi öyrənən ermənilərlə müqayisədə çox zəif idilər. Həmçinin, erməni kəndlərinin əhalisini təşkil etmək üçün silahlı nizami dəstələr göndərilirdi. Belə bir şəraitdə Hacıhətəmli camaatı pis vəziyyətdə qalmışdı. Gecə ikən ermənilərin kəndə silahlı hücum edəcəyindən xəbər tutan kənd camaatı at-arabalarla Göyçay istiqamətində qaçıb canını xilas edir. Həmin hadisələrin şahidi olmuş atam İdris Məmmədov söhbət edirdi ki, o vaxt 10-12 yaşım vardı. Göyçayın yaxınlığında çayın sahilində alaçıqlar qurub yerləşdik. Yaşıdlarımla mal-qara otarırdıq, gördüm ki, dəstə-dəstə nizamlı əsgərlər gəlir, qaçıb gizlənirdik. Sonradan bildik ki, onlar erməni deyil, türk qardaşlarımızdır. Azərbaycan xalqının köməyinə gələn Qafqaz Türk Ordusunun əsgərləri topların köməyilə Hacıhətəmli istiqamətində hücuma keçdilər, kənd cavanları da onlara qoşuldular. Mollaisaqlı kəndinin yaxınlığında İrəmə deyilən yerdə erməni topunun zərbəsindən bir türk çavuşu həlak olur, elə yerindəcə dəfn olunur (türklərdə qayda belə idi). (Sovet dövründə türk qəbirlərinə düşmən münasibət bəslənilsə də, kənd ağsaqqalı Həmid Ağayev türk çavuşunun qəbrini abadlaşdırmış, daim ona ehsan verir, ruhuna dualar oxuyurdu. 60-cı illərin ortalarında ona Bakıya gələn Türkiyənin o vaxtkı baş naziri S.Dəmirəlin adından Türkiyəyə getmək üçün viza da verilmişdi). Hal-hazırda həmin yerdə Türkiyə hökumətinin dəstəyi ilə Mustafa çavuş şəhidlik abidəsi, habelə Hacıhətəmli kənd qəbiristanlığında kəndi azad edərkən həlak olmuş türk əsgərlərinin şərəfinə abidə ucaldılmışdır və bu abidələr gənc məktəblilərin ziyarət yeridir, əsl tarixi həqiqətləri anlamaq, dərk etmək üçün... Abidənin üstündə yazılmışdır: Bu kabirde 1918 yılında Türk Kafkaz Ordusuyla Vatanın bu topraklarına gelmiş, savaşmış, şehit düşmüş, TÜRK ASKERLER yatmakdadır. O vaxtkı hadisələrin şahidləri söhbət edirdi ki, türklər kəndi azad etdikdən bir neçə gün sonra kənd camaatı geri doğma yurda dönür, lakin görürlər ki, kənddə salamat bina qalmamış, ermənilər tərəfindən talan edilmiş, dağıdılmış, apara bilmədiklərinə isə od vurmuşlar. Vəhşi ermənilər hətta kənd məscidini də yandırmışdılar. Ermənilər bu cür insanlığa yaraşmayan qəddarlıq etsələr də, türklər kəndləri ermənilərdən azad etdikdə kəndlərdə hərbi məhkəmə qurub yalnız cinayətkarları cəzalandırıb, dinc əhaliyə, arvad-uşağa, qocalara dəyməyiblər (əslində dinc erməninin mövcud olması inandırıcı görünmür).
Unudulmazlardan biri

Unudulmazlardan biri

27 mart 2014
//
Oxunub: 1231 şərhlər 0
14 mart... Azərbaycan tarixində azadlıq uğruna aparılan mübarizədə səsimizin boğulduğu gün. 838-ci il martın 14-də Xürrəmilər hərəkatının başçısı Babək edam olundu. O vaxtdan 12 əsr keçir. Samirə şəhərində edam olunan Babək hələ də qəlbimizdə yaşayır. Babək ərəblərə qarşı döyüşlərdə qətiyyətlə iştirak etmiş, Xürrəmilərin başında durmuşdur. Bu böyük Azərbaycan qəhrəmanının öldürülməsində sapı özümüzdən olan baltaların əli olmuşdur. Səhl ibn Sumbat tərəfindən tutularaq Babəkin ərəblərə təslim edilməsi Azərbaycanın düşmənlərə satılması demək idi.
Xocalı faciəsi anılıb

Xocalı faciəsi anılıb

27 mart 2014
//
Oxunub: 1414 şərhlər 0
Həşim Əsədov adına Vəng kənd tam orta məktəbində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Elan

Elan

27 mart 2014
//
Oxunub: 1176 şərhlər 0
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 2014-2015-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu elan edir.
Novruz şirniyyatları

Novruz şirniyyatları

27 mart 2014
//
Oxunub: 6964 şərhlər 0
Novruz xalqımızın qədim adət və ənənələrini yaşadan, hər kəsin sevgi ilə qarşıladığı bayramdır. Gəlişini səbirsizliklə gözlənilən bu bayramın qədim
------------ -----------
Free counters!