• Ana səhifə |
Subscribe by RSS or RUS
Məşğulluq strategiyası

Məşğulluq strategiyası

19 noyabr 2014
//
Oxunub: 1475 şərhlər 0
İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 14 noyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının məşğulluq strategiyasının (2011-2015) həyata keçirilməsində sosial tərəfdaşların rolu mövzusunda sahibkarlar, idarə və müəssisə rəhbərlərinin, həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Mövzu ilə bağlı İsmayıllı Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov çıxış edib. O bildirib ki, 2014-cü ilin 10 ayı ərzində Məşğulluq Mərkəzinə 372 nəfər müraciət edib, onlardan 330-u işlə təmin edilib.
Fəal ailəm, sağlam aləm

Fəal ailəm, sağlam aləm

19 noyabr 2014
//
Oxunub: 1797 şərhlər 0
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Koka-Kola şirkətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində və respublikanın digər rayon və şəhərlərində Fəal ailəm, sağlam aləm sosial ailə yarışlarının keçirilməsinə start verildi. Layihənin məqsədi 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Olimpiya oyunlarına dəstəkdən ibarətdir.
Kross qaçışı

Kross qaçışı

19 noyabr 2014
//
Oxunub: 1441 şərhlər 0
8 noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Atletika Federasiyasının İsmayıllı rayon bölməsi ilə birgə 9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə gənclər arasında kross qaçışı üzrə rayon birinciliyi keçirdi. Yarış üçün start xətti şəhərin Heydər Əliyev prospektində, İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin bərabərində, finiş xətti isə İsmayıllı Rayon İcra Hakimiyyətinin qarşısında oldu.
Dama birinciliyi

Dama birinciliyi

19 noyabr 2014
//
Oxunub: 1599 şərhlər 0
5 noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi İsmayıllı Rayon Dama Federasiyasının birgə təşkilatçılığı ilə 9 noyabr - Milli Bayraq Günü münasibəti ilə rayon hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar arasında dama üzrə rayon birinciliyi keçirilib. Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək ölkədə və rayonda idmana göstərilən dövlət qayğısından söz açıb. Yarış iştirakçılarına uğurlar arzulayıb.
Universal döyüş

Universal döyüş

19 noyabr 2014
//
Oxunub: 4081 şərhlər 0
8 noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Gənclər və İdman Idarəsi 9 Noyabr Dövlət Bayrağı Günü və Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibəti ilə universal döyüş üzrə rayon birinciliyi keçirib.
Növbəti məşğələ

Növbəti məşğələ

19 noyabr 2014
//
Oxunub: 1525 şərhlər 0
Noyabrın birinci şənbəsində Dağ çiçəkləri ədəbi dərnəyinin növbəti məşğələsi olmuşdur. Dərnək üzvlərindən Nailə Yırğançaylı, Xatın, Südabə Şəfa, Aida Gədəbəyli, Şahlar Hacıyev, Nazir Ziya (Talıstanlı) və başqaları təzə şeirlərini oxumuşlar. Məşğələdə müzakirələr getmiş, yazarlar şeirləri təhlil etmiş, bir-birlərinə məsləhətlər vermiş, nöqsan və iradlarını söyləmişlər.
------------ -----------
Free counters!