• Ana səhifə |
Subscribe by RSS or RUS
Zəngilansız 21 il

Zəngilansız 21 il

19 noyabr 2014
//
Oxunub: 1204 şərhlər 0
30 oktyabr 2014-cü il tarixdə Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Sarayında Zəngilanın işğal günüylə əlaqədar Zəngilansız 21 il adlı tədbir keçirilib. Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə mərkəzin kollektivi ilə bərabər məktəblilər də iştirak edib.
Konstitusiya hüquqi dövlətin əsasıdır

Konstitusiya hüquqi dövlətin əsasıdır

19 noyabr 2014
//
Oxunub: 1511 şərhlər 0
Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsində Azərbaycan Konstitusiyası Günü qeyd edildi Heydər Əliyev idarəetmə məktəbinin məşğələləri bir qayda olaraq Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilir. Noyabr ayının 12-də Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 19 illiyinə həsr olunmuş tədbir də idarəetmə məktəbinin növbəti məşğələsi çərçivəsində təntənə ilə burada qeyd olundu. Konstitusiyamızın baş memarı və yaradıcısı Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilən tədbirdə Konstitusiya barədə məruzəni rayon məhkəməsinin hakimi Azad Əliyev etdi.
Kompaniya davam edir

Kompaniya davam edir

19 noyabr 2014
//
Oxunub: 1432 şərhlər 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Ümumrespublika yaşıllaşdırma marafonuna qoşulan rayonumuzda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən noyabr ayında 10 minə yaxın ağacın əkilməsi nəzərdə tutulmuşdur.
Müayinələrə start verilib

Müayinələrə start verilib

19 noyabr 2014
//
Oxunub: 1261 şərhlər 0
Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikada 18 yaşadək uşaqların tibbi müayinəsi davam etdirilir.. Məqsəd uşaqlar arasında meydana gələn xəstəlikləri aşkarlamaqdır.
Bölgəmizin turizm potensialı

Bölgəmizin turizm potensialı

19 noyabr 2014
//
Oxunub: 1245 şərhlər 0
Azərbaycanın bölgələrinin turizm potensialı və tarixi-memarlıq abidələri ilə tanışlıq üçün təşkil edilən səfər çərçivəsində şimal-qərb marşrutu
Gender problemləri və həlli yolları

Gender problemləri və həlli yolları

19 noyabr 2014
//
Oxunub: 1367 şərhlər 0
Oktyabrın 30-da İsmayıllı rayonunda Regionlarda gender problemləri və onların həlli yolları mövzusunda seminar keçirildi. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək təşkilatçılara belə bir aktual mövzuda seminar keçirdikləri üçün təşəkkürünü bildirdi, seminarın işinə uğurlar arzuladı. ATİAHİ Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov çıxışında qeyd etdi ki, BMT-nin Qadınların sosial hüquqları, Uşaqların hüquqları, Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi və s. kimi konvensiyalarına qoşulmuş Azərbaycanda da gender məsələlərinə həssaslıqla yanaşılır, gender problemlərinin aradan qaldırılması ilə bağlı addımlar atılır. Lakin buna baxmayaraq, problemlər öz mövcudluğunu saxlayır. Belə ki, təkcə 2013-cü ildə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verən abituriyentlərin 51,35 faizini oğlanlar, 48,65 faizini qızlar təşkil edib. Bir sıra rayonlar üzrə isə bu fərq daha yüksək olub. Xüsusən cənub rayonlarında orta məktəbi bitirən qızların sayında böyük azalma müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, bu rayonlarda qızlar erkən təhsildən yayınır. Bununla da gender balansı pozulur.
İstehsalı artırmaq prioritet vəzifəmizdir

İstehsalı artırmaq prioritet vəzifəmizdir

19 noyabr 2014
//
Oxunub: 4710 şərhlər 0
İsmayıllı rayonu respublikamızda ən iri kənd təsərrüfatı rayonlarından biridir. İstər iri və xırda buynuzlu heyvanların baş saylarına görə, istərsə də məhsul istehsalına
Azərbaycan bayrağı

Azərbaycan bayrağı

19 noyabr 2014
//
Oxunub: 1475 şərhlər 0
9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycan dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan
Ağsaqqallarla gənclər bir yerdədirlər

Ağsaqqallarla gənclər bir yerdədirlər

19 noyabr 2014
//
Oxunub: 1355 şərhlər 0
İsmayıllı Rayon İcra Hakimiyyəti, YAP İsmayıllı rayon təşkilatı, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə 9 noyabr Dövlət Bayrağı Günü və Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibəti ilə silsilə tədbirlər həyata keçirir.
İslamda uşaq hüquqları mövzusunda seminar

İslamda uşaq hüquqları mövzusunda seminar

19 noyabr 2014
//
Oxunub: 1781 şərhlər 0
7 noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsinin konfrans zalında İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə Uşaq hüquqları aylığı çərçivəsində İslamda uşaq hüquqları mövzusunda seminar keçirilmişdir. 120 nəfərin iştirakı ilə keçirilən tədbirdə RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov, RPŞ-nin əməkdaşı polis mayoru Əbülfət Yarıyev, RTŞ-nin aparəcə mütəxəssisi Ramiz Baloğlanov, metodist Rəşid Məmmədov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Göyçək Rəhimova, dini icma sədrləri, axund və imamlar, şəhər tam orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Həyat bilgisi fənnini tədris edən müəllimlər, eləcə də, şəhər məktəblərinin IX-XI sinif şagirdləri iştirak etmişlər.
------------ -----------
Free counters!