2014 Oktyabr 16 » Səhifə 2 » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Müəllimlərin bayram tədbiri

  • 18 oktyabr 2014, 15:56
  • 0
Müəllimlik həqiqətən də şərəfli peşədir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, ən bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar yetirir. Bəli, doğrudan da belədir. Müəllim ömrü bir çırağa bənzər. Sönənə qədər bilik dolu hərarətini şagirdinin duyğularına, idrakına hopdurur. Müəllim ömrü bir aya bənzər. O, şagirdin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə əridir və nurlandırır. Bu çətin peşə sahiblərinin işi dünyanın beynəlxalq təşkilatları tərəfindən də diqqətsiz qalmayıb. Belə ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən Müəllimlərin statusu haqqında adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxil edilib. Müstəqil Azərbaycanda bu tarixi gün isə 1993-cü il oktyabrın 5-də rəsmiləşib. Həmin gündən Azərbaycanda hər il oktyabrın 5-i Müəllimlər Günü kimi qeyd olunur. Və bu gün İsmayıllıda son illərdə olduğu kimi, bu il də yüksək səviyyədə qeyd olundu. Oktyabr ayının 3-ü, Qala şadlıq sarayı. Həzin musiqi çalınır, müəllim haqqında şeir səslənir: Başa qar yağdırır dolaşıq fikir, Çoxaldır ürəyə düşən qəmləri. Dünyanın ən ağır dərdini çəkir, Dünyanın ən sadə müəllimləri. Tədbirin aparıcıları çıxış edir, müəllimləri və tədbir iştirakçılarını salamlayırlar: - Hər vaxtınız xeyir olsun, əziz müəllimlər və hörmətli qonaqlar. Hörmətli müəllimlər, sizi 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edir, sizə can sağlığı, uzun ömür arzulayırıq. İcazənizlə bugünkü möhtəşəm bayram tədbirini açıq elan edirik. Məktəblilər tərəfindən müəllimlərin şəninə yazılan şeirlər səsləndirilir. Şeirlərin ardınca Rövşən Teyyubovun ifasında səslənən musiqi tədbirə xoş əhval qatır. Həyatını Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinin çiçəklənməsinə həsr edən ulu öndər Heydər Əliyevin, həmçinin İsmayıllı təhsilinin illərlə qazandığı uğurlarda adlarını əbədiləşdirərək dünyasını dəyişən pedaqoqların xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Geriyə boylanma, qoca !

  • 18 oktyabr 2014, 15:37
  • 0

Simuzər necə samovar oldu?

  • 18 oktyabr 2014, 15:07
  • 0
Əvvəllər bütün evlərdə mis qablar, əşyalar olardı. Bütün yeməklər də mis qablarda bişirilər, yeyilərdi. Dövr dəyişdikcə mis əşyalardan daha az istifadə olunmağa, bu da öz növbəsində misgərlik sənətinin əvvəlki önəminin itməyinə gətirib çıxardı. İndi mis qabda yemək bişirmək üçün ya gərək nənənin cehizlərinə qarşı vəfalı olasan, ya da şimal rayonlarına üz tutasan. Məsələn, İsmayıllının Lahıc qəsəbəsinə. Mən də ikinci varianta əl atdım. İsmayıllıya gələndə mis əşyalarla dolu maraqlı emalatxanada simuzərlərə, güyümlərə, tavalara, qazanlara, bilərziklərə, sərniclərə həyat verən Nəzər usta ilə tanış oldum. Nəzər usta misdən əşyalar düzəltməyi bacaran tək-tük bacarıqlı ustalardandır. Ustanın mislə dostluğu uşaq ikən başlayıb: Biz uşaq ikən valideynlərimiz bizi özbaşına buraxmazdılar. Biz də məktəbdən sonra boş qalan vaxtlarımızı dükanda keçirərdik. Əvvəl-əvvəl işlərin necə getdiyini seyr edər, qulluğa baxardıq. Tədricən insan o emalatxanada böyüyə-böyüyə proseslərin necə getdiyini istər-istəməz görür. İşlədikcə formalaşırsan. Əvvəl müəyyən hissələr, sonra böyük işlər və bələliklə, usta kimi püxtələşirsən. O vaxtlar həyatın tələbinə uyğun olaraq tamamilə başqa əşyalar düzəldirdilər, indi isə tamam başqa. Uşaqalıqda biz indi düzəltdiklərimizi düzəltmirdik. Bu qədər dekorasiya ilə məşğul olmurduq.

Bülbül səsli həkim

  • 18 oktyabr 2014, 15:04
  • 0

  • Son xəbərlər
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter