• Ana səhifə |
Subscribe by RSS or RUS
İsmayıllılar İsmayıllıda

İsmayıllılar İsmayıllıda

23 mart 2013
//
Oxunub: 2903 şərhlər 1
İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovla bir görüşün xoş təəssüratları Maşınımız sıx meşəlikləri, ovuc-ovuc dumanlı dərələri, boz təpələri arxada qoyub irəlilədikcə biz Şirvan Apelyasiya Məhkəməsinin hakimi Amil Dosiyevlə mən İsmayıllının gözəl təbiətindən, atlas meşələrindən, diş göynədən bulaqlarından, axar-baxarlı bağlarından danışırıq. Bəlkə də dünyanın nümunəvi dövlətləri ilə müqayisə oluna biləcək bu məkan haqqında böyüklərdən eşitdiklərimizi beynimizin dərin qatlarından eşələyib çıxarır, turistlərin qəlbini oxşaya biləcək füsunkar bölgənin tanınmış simalarını, nurlu ziyalılarını, qurub-yaratmaq əzmli insanlarını, sərvətlərini, bir sözlə, İsmayıllının özünü bir daha yada salır, dönə-dönə xatırlayırıq. Yol yoldaşım kövrək təəssüratlarla uşaqlıq, yeniyetməlik dövrlərində İsmayıllıda dincəldiyindən, doğulub boya başa çatdığı Cülyanın təkrarsız gözəlliyindən danışır.
Çərşənbə adını  doğrultdu

Çərşənbə adını doğrultdu

23 mart 2013
//
Oxunub: 5374 şərhlər 1
Novruz aydınlıq, duruluq, yenilik, təbiətin oyanışı və xoş əhval-ruhiyyədir. İlk öncə dörd çərşənbə - su, od, yel və torpaq çərşənbələri qeyd olunur. Bu ilki
Hüseyn  Cavid  130

Hüseyn Cavid 130

23 mart 2013
//
Oxunub: 3069 şərhlər 1
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin iclas zalında Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilmişdir. Şərqin Şekspiri
Zona mərhələsinin uğurlu nəticəsi

Zona mərhələsinin uğurlu nəticəsi

23 mart 2013
//
Oxunub: 2670 şərhlər 1
5 mart 2013-cü il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji tərbiyəsini daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə Ekoerudit məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışının zona mərhələsi keçirildi.
Sağlam gələcək

Sağlam gələcək

23 mart 2013
//
Oxunub: 1223 şərhlər 1
Ölkəmizdə idmanın inkişafı üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar məktəblərdə də bədən tərbiyəsi və idmanın daha səmərəli,
Vətəndaş təşəbbüsü, həkim sözü

Vətəndaş təşəbbüsü, həkim sözü

23 mart 2013
//
Oxunub: 1250 şərhlər 1
Bəşər övladının dünyaya gəldiyi gündən zehni, düşüncəsi və idrakı ilə bütün canlılardan fərqli inkişaf, təkamül prosesi keçməsidir. Təsadüfi deyil ki, böyük Yaradan insanı - yer üzünün əşrəfi saymışdır. Bəli, digərlərindən fərqli, lakin vətəndaş təşəbbüsü ilə yazılan bir yazı mənim diqqətimi cəlb etdi (İsmayıllı xəbərləri qəzeti 30 yanvar 2013-cü il). Respublikanın Əməkdar həkimi, hamımızın hörmət etdiyimiz həkim Şahmurad Şirəliyevin yazısı. İlk diqqətimi çəkən hal isə məktubun (yazının) uzun müddət arxiv sənədi olması idi. Bunun adı birmənalı şəkildə biganəlik olsa da, yenə də şükürlər olsun ki, sözə, elmə dəyər verən İsmayıllı xəbərləri qəzetinin redaktoru Şahməmməd Dağlaroğlu bu yazının yolunda yaşıl işıq yandırıb.
Mənəviyyat  varlığımızdır

Mənəviyyat varlığımızdır

22 mart 2013
//
Oxunub: 1634 şərhlər 1
Hörmətli redaksiya, qəzetinizin 30 yanvar 2013-cü il tarixli sayında Respublikanın Əməkdar həkimi Şahmurad Şirəliyevin Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq başlıqlı yazını maraqla oxudum. Müəllif mənəvi tərbiyə məsələlərini həm tibbi, həm də pedaqoji aspektdən şərh etməyə çalışır. Yazının ən yaxşı cəhətlərindən biri də budur ki, hazırda məktəblərin fəaliyyətində ikinci plana keçən əxlaq və mənəvi tərbiyə məsələlərini indi nəinki pedaqoqlarımızı, həm də bütövlükdə ictimaiyyətimizi narahat edir. Məqalə müəllifi bu məsələləri oxucuların müzakirəsinə verməklə mühüm bir addım atıb. Ümid edirəm ki, təhsil işçilərimiz, bu sahə ilə maraqlanan ziyalılarımız məqalədə qoyulmuş məsələlərlə bağlı müzakirəyə qoşulacaq, münasibət bildirəcəklər.
Dilimiz qürurumuzdur

Dilimiz qürurumuzdur

22 mart 2013
//
Oxunub: 5191 şərhlər 1
Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm. Heydər Əliyev Dil hər bir millətin mənliyi və qürurudur. Dil yoxdursa, xalq da yoxdur. Aqillər deyib ki, xalqın nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, məhv olar. Bu, tarixi həqiqətdir. Görkəmli şairimiz B.Vahabzadənin Latın dili şeiri yadıma düşdü: ... İndi söylə, Hansı dilə ölü deyək: Vətən varkən, Millət varkən, Kiçik, yoxsul komalarda Dustaq olan bir diləmi?! Yoxsa, uzun əsrlərdən keçib gələn Xalqı ölən, özü qalan bir diləmi?!
Şagirdlərin tədqiqatçılıq  qabiliyyətlərinin inkişaf  etdirilməsi yolları

Şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi yolları

22 mart 2013
//
Oxunub: 5475 şərhlər 1
Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq,
Novruz  2013

Novruz 2013

22 mart 2013
//
Oxunub: 1297 şərhlər 1
Mart ayının 15-də İsmayıllı rayonunun Uştalqışlaq kəndində Novruz 2013 adlı bayram tədbiri keçirildi. Tədbiri məktəbin direktoru Yuriy Novruzov açdı. O, müəllim və şagirdləri təbrik etdi. Sonra Dövlət himni səsləndirildi. Tədbirin aparıcıları bu sətirlərin müəllifi, məktəbin tarix müəllimi Firuzə Əhmədova və VII sinif şagirdi Elnur Əlirzayev idi.
------------ -----------
Free counters!