• Ana səhifə |
Subscribe by RSS or RUS
Prezidentin təbriki

Prezidentin təbriki

06 yanvar 2014
//
Oxunub: 1379 şərhlər 0
Əziz həmvətənlər! Hörmətli soydaşlar! 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Son illərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artmışdır. Dövlətimiz diaspor təşkilatlarına bu istiqamətdə indiyə qədər verdiyi dəstəyi bundan sonra da davam etdirəcəkdir.
Mirdaməd Sadıqovun rayon sakinlərinə təbriki

Mirdaməd Sadıqovun rayon sakinlərinə təbriki

06 yanvar 2014
//
Oxunub: 1433 şərhlər 0
Dövlətimizin iqtisadi-siyasi, sosial-mədəni qüdrətinin artması və dinamik inkişafı bütün dünya azərbaycanlılarının arzularının təcəssümüdür.
Uşaqlar üçün Yeni il şənlikləri

Uşaqlar üçün Yeni il şənlikləri

06 yanvar 2014
//
Oxunub: 7050 şərhlər 0
Musiqili-əyləncəli proqramla başlayan və 2 saata qədər davam edən tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, İsmayıllı UADM-nın direktoru Lətifə Əliyeva, rayon
Şaxta baba İsmayıllıda

Şaxta baba İsmayıllıda

05 yanvar 2014
//
Oxunub: 6065 şərhlər 0
Balacadan böyüyə, hər birinizə salam olsun, əziz ismayıllılar! Hər birinizə bəlli olsun ki, İlan ilini yola salan ərəfədə, bu gözəl məkanı Azərbaycanın mirvarisini gəzib-dolaşmaq, görülən işləri, yenilikləri əyani görmək qərarına gəldim. Tarixə çevrilməkdə olan ilin yeniliklərini ondan-bundan eşitməkdənsə, gəlib gözlərimlə görməyə üstünlük verdim.
Növbəti ilimiz daha uğurlu olacaq

Növbəti ilimiz daha uğurlu olacaq

05 yanvar 2014
//
Oxunub: 1604 şərhlər 0
Dünyanın hər yerində insanlar Yeni ili yeni ümid və arzularla gözləyirlər. Odlar yurdu Azərbaycanda da dekabr ayının ortalarından başlayaraq insanlar Yeni ilə hazırlaşırlar. Yeni il bayramı
İsmayıllı təhsildə uğurlarına görə seçilir

İsmayıllı təhsildə uğurlarına görə seçilir

05 yanvar 2014
//
Oxunub: 3204 şərhlər 0
İsmayıllı rayonunda Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri ilə yanaşı İsmayıllı, Qəbələ, Göyçay və Ağsu rayonlarının təhsil işçiləri iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd təhsilin inkişafı üzrə Dövlət strategiyasının icrası ilə bağlı planın hazırlanması olub.
Bayramda ucuz qiymətlər

Bayramda ucuz qiymətlər

05 yanvar 2014
//
Oxunub: 1281 şərhlər 0
Yeni ilin gəlməsinə bir neçə gün qalmış, bir qayda olaraq əksər bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətlərində müəyyən qədər artım müşahidə
Narkomaniyaya və erkən nikaha yox deyək

Narkomaniyaya və erkən nikaha yox deyək

05 yanvar 2014
//
Oxunub: 5830 şərhlər 0
Narkomaniya və erkən nikah cəmiyyətimizin ən böyük bəlalarındandır. Bu fikirlər İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə Narkomaniya və erkən nikaha yox deyək mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib. Konfransda əsas məqsəd narkomaniya və erkən nikahın yaratdığı problemləri ictimaiyyətin diqqətinə çatdırmaq, bu sahədə məsuliyyəti artırmaq və gəncləri problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər etmək olub.
Düz olmağın fəziləti

Düz olmağın fəziləti

05 yanvar 2014
//
Oxunub: 1207 şərhlər 0
İsmayıllı xəbərləri qəzetinin 20 dekabr 2013-cü il tarixli nömrəsində İnsan düşüncəsi şərə kökləndisə, heç başlığı ilə yazılmış məqaləni diqqətlə oxudum. Yazıda qeyd etdiklərinizlə tam razıyam. Məncə, haqqı, ədaləti dananların ünvanına burada deyilənlər hələ azdır. Həqiqətən də İsmayıllıda quruculuq-abadlıq işləri sürətlə aparılır. Rayondakı inkişaf, aparılan quruculuq işləri vətənini sevən hər kəsə sevinc bəxş edir. Mənim üçün Azərbaycanın bütün bölgələri gözəldir. Çünki, müasir Azərbaycan Ulu öndərin şah əsəridir. Məqalədə adı çəkilən xəbər agentliyinin yazısı İsmayıllıdakı inkişafı görmək istəməməkdən qaynaqlanır. Yola saldığımız ilin avqust ayında prezident İlham Əliyev İsmayıllıya gəldi və görülmüş işlərdən razı qaldığını bildirdi. Belə məqamda kimlərinsə İsmayıllını bəyənməməsini heç cürə anlamaq olmur. Təkcə avqust və sentyabr aylarında rayonda görülən ürəkaçan işlərə görə bir vətəndaş kimi, prezident İlham Əliyevə minnətdarlıq məktubları göndərmişəm.
Yekunlar və nəticələr

Yekunlar və nəticələr

05 yanvar 2014
//
Oxunub: 1549 şərhlər 0
Rayonumuzun iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri kənd təsərrüfatıdır. Bu sahənin inkişafı rayonun ümumi iqtisadi vəziyyətinin dəyişməsində
------------ -----------
Free counters!