• Ana səhifə |
Subscribe by RSS or RUS
Təcrübə köməyə gəlir

Təcrübə köməyə gəlir

18 avgust 2012
//
Oxunub: 1519 şərhlər 0
Avqust ayının 7-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov icra aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, eləcə də
İcra Hakimiyyətinin başçısı cənab Nizami Ələkbərova

İcra Hakimiyyətinin başçısı cənab Nizami Ələkbərova

18 avgust 2012
//
Oxunub: 1266 şərhlər 0
Cənab İcra Hakimiyyəti Başçısı! Bakıya döndükdən sonra, gözəl şəhərinizi və ətraflarını tanımağıma imkan vermiş qəbulunuza və lütfkarlığınıza
Yaşamaq üçün ən ucuz rayonlar

Yaşamaq üçün ən ucuz rayonlar

18 avgust 2012
//
Oxunub: 1161 şərhlər 0
Exo qəzeti ilə müsahibədə Dayanıqlı inkişaf tədqiqatları mərkəzinin sədri Nəriman Ağayev bildirmişdir ki, Azərbaycanın yaşamaq üçün ən ucuz rayonları İsmayıllı, Ağsu və Siyəzəndir. Onun sözlərinə görə ölkədaxili miqrasiya proseslərində də (yaşayış yerini dəyişmə) bu hal özünü göstərir. Əgər diqqətlə baxsaq görərik ki, hamıdan az məhz həmin rayonlardan insanlar Bakıya gəlirlər. N.Ağayevin qeyd etdiyi kimi, məsələnin mahiyyəti ondadır ki, ölkənin bu rayonlarında aqrar sektor güclü inkişaf etmişdir. İnsanlar ehtiyaclarına uyğun olan nə varsa özləri əkib-becərirlər, başqa sözlə əhali özünü ilkin tələbat malları ilə təmin edir. Gənclər üçün də iş kifayət qədərdir. Rəqabət aşağı səviyyədədir, inhisarçılıq isə tamamilə istisna edilir. N.Ağayev qeyd edir ki, bu rayonlarda qonaqlar üçün də yaşamaq asandır, qiymətlər başqa yerlərlə müqayisədə ucuzdur.
İdman aylıqlarının yekunu

İdman aylıqlarının yekunu

18 avgust 2012
//
Oxunub: 1525 şərhlər 0
2012-ci ili İdman ili elan etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamının tələblərinə uyğun olaraq İsmayıllı rayon Gənclər və İdman İdarəsi (Gİİ) bir sıra tədbirlər həyata keçirmişdir. 25 may-22 aprel 2012-ci il tarixində rayonun idarə, müəssisə və təşkilatları, eləcə də 01-25 iyul 2012-ci il tarixlərində ilk dəfə yerli icra nümayəndəlikləri arasında idmanın bir sıra növləri üzrə aylıqlar keçirilmişdir.
İnsan alveri XXI əsrin qlobal problemidir

İnsan alveri XXI əsrin qlobal problemidir

18 avgust 2012
//
Oxunub: 4031 şərhlər 0
İnsan alveri müasir dövrün ən ağır problemlərindən biridir. Bura seksual istismar, məcburi əmək, borc köləliyi, uşaq əməyinin istismarı, ev köləliyi, dilənçilik, silahlı qruplaşmalarda insanların məcburi istifadəsi, insan orqanlarının və ya orqanizminin toxumalarının transplantasiyası üçün insan alveri cinayətlərinin bu və ya digər dəhşətli formaları daxildir. İnsan alveri qurbanları hər kəs - kişilər, qadınlar və uşaqlar da ola bilərlər. Ancaq əksər hallarda maddi sıxıntı içində olan gənc qadın və qızlar insan ticarətinin qurbanına çevrilirlər. Maddi sıxıntı içində olmaları onları daim psixoloji gərginlikdə saxlayır. Bu səbəbdən də hardasa iş yeri olması xəbərini eşidəndə məsələnin mahiyyətinə varmadan getməyə razılaşır, aldadılaraq ölkədən çıxarılır, zorla fahişəliyə məcbur edilirlər. Sonradan bu qadınların ölkəyə qayıtması isə problemə çevrilir. Onlar qayıtdıqları təqdirdə cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəklərini bilmir və ehtiyat edirlər. Belə halda qadınlar çalışır ki, vətənə xarici ölkədə qalma müddətləri bitdikləri qisimdə qayıtsınlar. Bu da qadınların uzun müddət ərzində xarici ölkədə istismara məruz qalmaları davam etdirir. Ekspertlərin rəyinə görə qadınların insan alverinə cəlb edilməsinin əsas səbəblərdən biri yoxsulluq, gender bərabərsizliyi, təhsil almağa, işə düzəldiləməyə və gələcək üçün inamın əldə edilməsinə mane olan faktorlardır. İnsan alveri beynəlxalq faciədir. Bu fenomenin arxasında bəzi nəhəng mafioz dəstələr və istilaçı qüvvələr dayanır. Bu mafioz dəstələr və istilaçı qüvvələr pis alver yolu ilə hər il milyonlarla dollar gəlir qazanır və milyonlarla ailəni müsibətlə üzləşdirirlər.
Pilot layihə reallaşdırılır

Pilot layihə reallaşdırılır

18 avgust 2012
//
Oxunub: 2041 şərhlər 0
İlin əvvəlindən başlayaraq İsmayıllı rayonunda pilot layihələrinin icrası istiqamətində həyata keçirilən tədbirlər rayonda mədəniyyət sahəsində uzun illərdən qalmış bir çox problemlərin həllində ciddi dönüş yaradıb. Uğurla həyata keçirilən Rayon mədəniyyət mərkəzinin yaradılması pilot layihəsi bu qəbildəndir.
Məktəbin idarə olunmasında statistik təhlillərin əhəmiyyəti

Məktəbin idarə olunmasında statistik təhlillərin əhəmiyyəti

18 avgust 2012
//
Oxunub: 10659 şərhlər 1
Ölkəmizin təhsilinə müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyev xüsusi önəm verərək Təhsil millətin gələcəyidir demişdir. Prezidentimiz İlham Əliyev Ulu öndərin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də işini uğurla davam etdirməkdədir. Ölkəmizdə təhsil sahəsində misli görünməmiş layihələr həyata keçirilir ki, bu da gənc nəslin intellektual səviyyəsinin inkişafını təmin edir. Təhsil işçilərinin əsas vəzifəsi bizim üçün yaradılan münbit şəraitdən maksimum yararlanmaqla, gənc nəslə daha dərin, daha praktik, daha məntiqli, daha müasir, daha intellektual, daha fundamental, daha rəqabətədavamlı təhsil verməkdir. Məktəb rəhbərliyi tərəfindən araşdırmalar, statistik təhlillər aparmadan, bunun nəticəsində mövcud vəziyyəti qiymətləndirmədən yüksək səviyyəli təhsilə nail olmaq mümkün deyil. Ümumtəhsil məktəblərinin idarə olunmasında, müəllimlərin əməyinin qiymətləndirilməsində, sinif rəhbərlərinin, metodbirləşmə və fənn birləşmələrinin hesabatlarının hazırlanmasında statistik təhlillərin böyük əhəmiyyəti vardır .Bəzən bizə quru görünən rəqəmlər bir çox məsələlərə aydınlıq gətirir, hansı sahədə inkişafın, harada isə geriliyin olduğunu aydın göstərir və görüləcək işlərin planlaşdırılmasına istiqamət verir.
Layihələrdə iştirak öyrənmənin bir yoludur

Layihələrdə iştirak öyrənmənin bir yoludur

18 avgust 2012
//
Oxunub: 1514 şərhlər 1
Şükufə Nəcəfova, İsmayıllı şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi, Ən yaxşı müəllim müsabiqəsinin qalibi Uşaqlar bizim gələcəyimizdir. Onların həyatda özlərinə layiqli yol tutmalarında müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Onlara bu məqsədlə əlimizdən gələn köməyi etməliyik. Mənim fikrimcə şagird dillə bağlı hər hansı mövzunu 45 dəqiqə ərzində tam mənimsəyə bilməz. Bunun üçün ona mühit yaratmaq lazımdır. Dilin öyrənilməsi bu məqsədlə yaradılan dil mühitində mümkündür. Müasir dövrdə dil öyrənmək üçün imkanlar genişdir. Belə imkanlardan biri müəllimin şagirdləri ilə müxtəlif səpkili layihələrdə iştirakıdır. Bu, təkcə dilin inkişafina deyil, həm də şagirdlərdə könüllülük, liderlik bacarığı formalaşdırır, şagirdlərdə tənqidi və məntiqi təfəkkürün formalaşmasına imkan verir. Belədə onlar hərtərəfli vətəndaş kimi yetişirlər. Belə keyfiyyətlər aşılayan və həmçinin dünya məktəblərinin bir çoxu tərəfindən dəstəklənən iki belə layihənin rəhbəriyəm (fasilitatoru): Xalq nağılları və Yerli tariximiz.
Keyfiyyətsiz məhsullar daha çox şadlıq evlərinə verilir

Keyfiyyətsiz məhsullar daha çox şadlıq evlərinə verilir

18 avgust 2012
//
Oxunub: 1384 şərhlər 0
Qida məhsullarına nəzarət edən orqanların işi intensivləşdirilməlidir Hazırda Azərbaycanda istehsal prosesində müvafiq standartlara cavab verməyən bir neçə müəssisə və sex mövcuddur. Bunu təkcə biz deyil, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi də təsdiqləyir. Bütün bu problemlərlə əlaqədar Komitənin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin (TTSDNX) rəisi Əbülfət İmanov maraqlı açıqlamalarla yadda qalıb. O qeyd edib ki, respublika üzrə ümumilikdə 47 istehsal sahəsində dövlət nəzarəti aparılıb. Aparılmış yoxlamaların nəticəsi olaraq, 32 istehsal sahəsinə normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsal olunduğuna görə, 20 sahibkarlıq subyektinə isə məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib. Ə.İmanov bildirib ki, 47 sahibkarlıq subyekti üzrə aparılan yoxlamalar zamanı istehsal prosesində müvafiq standartlara cavab verməyən müəssisə və sexlərə 27,9 min manat həcmində cərimə tətbiq edilib ki, bu cərimələrin də artıq 80 faizi ödənilib. Xidmət rəisi əlavə edib ki, aparılan yoxlamalar nəticəsində duz və tort istehsalı sexlərində də ciddi nöqsanlar aşkarlanıb. Əbülfət İmanov həmçinin deyib ki, Saray qəsəbəsindəki duz sexində yodlaşdırılmamış şəkildə çirkli duzun qablaşdırılaraq satış müəssisələrinə verilməsi halları üzə çıxarılıb. Onun sözlərinə görə, acınacaqlı vəziyyət Sumqayıt ərazisindəki tort sexində də aşkar edilib: Həmin sexdə tortlar antisanitariya şəraitində istehsal olunaraq şadlıq evlərinə satılıb.
Hörmətli vergi ödəyiciləri!

Hörmətli vergi ödəyiciləri!

18 avgust 2012
//
Oxunub: 1711 şərhlər 0
Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu islahatlar nəticəsində bazar iqtisadiyyatı şəraitində ölkənin sahibkarlıq sahəsində artan dinamik inkişafa nail
------------ -----------
Free counters!