• Ana səhifə |
Subscribe by RSS or RUS
Yubiley tədbiri xoş təəssürat yaratdı

Yubiley tədbiri xoş təəssürat yaratdı

02 iyun 2012
//
Oxunub: 1634 şərhlər 0
Bu günlərdə məktəbimizdə sevimli şairimiz, yeni tipli satiranın banisi M.Ə.Sabirin anadan olmasının 150 illik yubileyi təntənəli şəkildə keçirildi. Yubileyi giriş sözü ilə məktəbin direktoru Elxan Bədəlov açdı. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini A.Bədəlov şairlə bağlı ürək sözlərini dedi. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi S.Rəhimova O, bizim müasirimizdir mövzusunda çıxış etdi. Müəllimlərdən B.Mirzəyev, M.Nemətova, L.Babayeva da öz fikirlərini bildirdilər. Şairin həyatı haqqında Xa sinif şagirdi Aytac, yaradıcılığı haqqında isə Həcər məlumat verdi. Sonra söz VIIb və Xa sinfinin şagirdlərinə verildi. Sonra söz VIIb və Xa sinfinin şagirdlərinə verildi. Onlar şairin süjetli satiraları əsasında qurulmuş səhnəcik göstərdilər. Ata və oğul , Qoca və Cavan, Əhvalpürsanlıq, Bir məclisdə 12 kişinin söhbəti, Olmur olmasın! satiraları əsasında Afər, Elxan, Əhməd, Rəşad və Rahilin çıxışları hamının xoşuna gəldi. Onlar yaşlarının az olmasına baxmayaraq, aktyorluq məharəti göstərdilər.
------------ -----------
Free counters!