• Ana səhifə |
Subscribe by RSS or RUS
Eşitdiklərim və gördüklərim

Eşitdiklərim və gördüklərim

02 iyun 2012
//
Oxunub: 1528 şərhlər 0
Vəzifəsi balaca, özü yekə olan adamdan ziyan gələr hamıya, hər kəsə. İdarə var ki, müdiri insani baxımdan böyükdür, ucadır. Müraciət edənləri heç zaman qapı arxasında saxlamır. Danışanda ağzından dürr tökülür, müraciəti etik normada, davranışı, nitqi, adi baxışı belə mədənidir. Ümidlə qapısını döyəni heç zaman ümidsiz hala salmır. İnanmazsınız, həmin idarədə şöbə müdiri var ki, vaxtım yoxdur deyə ştatsız katibəsi vasitəsilə qapısında növbə yaradır, təkəbbür dağarcığıdır, dala əyilməkdən qarnı burnuna çatır. Elə danışır, elə goplayır, küçədə elə yeriyir ki, sanki rayonda bundan böyük adam yoxdur. Bu bədbəxt dərk eləmir ki, bu xasiyyəti ilə o hamıdan balacadır, xırdadır, narındır. Allah bəndələrini xırda adamlardan qorusun (İnsan demirəm onlara. Çünki belələri heç də insan olmağa cəhd göstərmirlər).
Sağlam ailə güclü dövlətin təməlidir

Sağlam ailə güclü dövlətin təməlidir

02 iyun 2012
//
Oxunub: 5391 şərhlər 0
1993-cü ildən Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 15 May - Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Artıq beşinci ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 May Beynəlxalq Ailə Günü ölkəmizdə böyük həyəcan və təntənə ilə keçirilir. Nahaq yerə ailəni kiçik dövlət adlandırmırlar. Bu mənada sağlam təməlli ailələrin çoxluğu ölkəmiz və xalqımız üçün əhəmiyyətli rola malikdir. Dövlətimizin ailələrə diqqəti və qayğısının nəticəsidir ki, hər il respublikamızın ayrı-ayrı bölgələrində Ailə bayramı təşkil olunur. Bu ilki yazın gəlişi ilə gözəlliyi birə-beş artmış keçirildi.
Musa Yaqub-75

Musa Yaqub-75

02 iyun 2012
//
Oxunub: 6810 şərhlər 0
Daim bu ruhda qal, şair Bəşəriyyətin həmişə yaxşı sözə ehtiyacı olub və poeziya bu məsuliyyətli missiyanı həmişə öz üzərinə götürüb. Poeziya bütün dövrlərdə eyni amala - maariflənməyə, mədəni dəyərləri qazanmağa və qorumağa xidmət etmişdir. Dünya ədiblərinin fikirlərinə istinad etsək: Əgər siz bəşərin maarif və mədəniyyətində, onun inqilabi cərəyanlarında, mənəvi aləmində tədqiqat aparmaq istəsəniz, bunun üçün ən yaxşı vasitələrdən biri onun şeirinə diqqət yetirməkdir. Yaxşı söz bütün dövrlərdə əxlaq sayılıb. Sözün kəsəri onun canlılığını sübut edib. Nümunəvi sözlər və deyimlərlə insan özünü ümumi ədəb yolunda nizamlayıb və bu həqiqətlə kamilliyə çatıb.
Bizdən qayğı gözləyənlər

Bizdən qayğı gözləyənlər

02 iyun 2012
//
Oxunub: 1500 şərhlər 0
Bu gün İsmayıllı Gənclər və İdman İdarəsi Heydər Əliyev adına parkda yerləşən Gənclər Mərkəzində İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzi
Sevincin  rənglər dünyası

Sevincin rənglər dünyası

02 iyun 2012
//
Oxunub: 1489 şərhlər 0
Hər bir rəssamın çəkdiyi rəsm onun daxili aləmini əks etdirir, xasiyyət və dünyagörüşünü xarakterizə edir. Sənətə marağı olan balaca rəssam Sevincin rəsmlərində
Ekoloji bilik yarışı

Ekoloji bilik yarışı

02 iyun 2012
//
Oxunub: 1472 şərhlər 0
Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Respublikada ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair verdiyi sərəncam və qərarlardan irəli gələn vəzifələri həyata keçirmək üçün məktəblilər arasında ekoloji maarifləndirmə işlərini daha da gücləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirirlər
Gənc meşəçilərin seminarı

Gənc meşəçilərin seminarı

02 iyun 2012
//
Oxunub: 5069 şərhlər 0
İsmayıllı şəhər 5 saylı tam orta məktəbində rayonun Gənc meşəçilərinin seminar-müşavirəsi keçirilmişdir. Seminarda Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik
Yetirmələri ilə fəxr edən müəllim

Yetirmələri ilə fəxr edən müəllim

02 iyun 2012
//
Oxunub: 1504 şərhlər 0
Tanrının ona ilk hədiyyəsi böyük Azərbaycan şairi Səməd Vurğunun ilhamla qələmə aldığı Talıstan poemasındakı dilbər guşə olan Talıstan kəndində dünyaya göz açması oldu. 1952-ci ilin may ayında bu kənddə, mayası halallıqla yoğrulmuş, zəhmətkeş, saf mənəviyyatlı, sadə bir ailədə doğulan Zinhar Ədalət oğlu Məmmədov pedaqoji fikrin günü-gündən sürətlə təşəkkül tapdığı bir yerdə böyüdü, yetişdi və püxtələşdi. Nağıllarda olduğu kimi, ailədə yeddi övlad üç bacı, dörd qardaş idilər. Görünür, buna görə də yeddi rəqəmi həftənin yeddi günü, işığın yeddi ahəngi, göyün yeddi qatı kristalların yeddi sistemi kimi onun həyatına daxil oldu. Həyatında baş verən bir sıra hadisələr yeddi rəqəmi ilə bağlı oldu. Yeddi nəfərin ən böyüyü o idi. Atası Ədalət kişinin, anası Nahidə xanımın ən çox sevdikləri, əzizlədikləri ailənin ilki Zinhar idi.
Yanlış adlar

Yanlış adlar

02 iyun 2012
//
Oxunub: 1596 şərhlər 0
(Əvvəli ötən saylarımızda) Su donuzu - kiçik gəmirici. Bu, ən qəribə adlardan biridir. Su donuzu nəinki donuz deyil, heç su mühiti ilə də əlaqəli deyil. Hətta ömrü boyu su da içmir. Suya düşdükdə ölür. Sualtı qayıq - nəhənğ sualtı gəmi. Bəzilərinin uzunluğu 200 metrdən artıq olur. Ekipajı 300 və daha çox adamdan ibarətdir. Güc qurğuları atom enerjisi ilə işləyir. Əsasən hərbi məqsədlərlə yaradılır. Bir müasir sualtı strateji qayıq II Dünya müharibəsindəkinə bərabər məhvedici potensiala malikdir. Belə bir qayığa çəkilən xərc hesabına 16 milyon uşağı bir il yedirmək olar. İlk sualtı qayıqlar öz adlarına layiq idilər. Məsələn, XVII əsrdə hollandiyalı Korneli van Drebbelin, 1776-cı ildə fransız Buşnellin düzəltdiyi qayıqlar, doğrudan da, qayıq boyda idilər. Hətta R.Fultonun 1880-ci ildə tikdiyi Nautilusun ekipajı cəmi 3 nəfərdən ibarət idi. İlk sualtı qayıqların pərini ekipaj əllə fırladırdı.
İldönümünə həsr olunmuş konsert.

İldönümünə həsr olunmuş konsert.

02 iyun 2012
//
Oxunub: 1404 şərhlər 0
Hər bir təşkilatda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbirlər keçirilməkdədir. May ayının 7-də Fazil Əzimov adına
------------ -----------
Free counters!