• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qələbənin 67-ci ildönümü

Qələbənin 67-ci ildönümü

Yazar Ismayilli
//
02 iyun 2012
//
//
Oxunub 1762
//
Qələbənin 67-ci ildönümüBöyük Vətən müharibəsi illərində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının, ölkədəki hər bir vətəndaşın böyük əməyi, Bakı neftinin xüsusi yeri olmuşdur. Misilsiz rəşadətlər göstərmiş Azərbaycanın beş atıcı diviziyası bu illərdə Mozdokdan Berlinədək ağır döyüş yolu keçmişdir. Böyük qələbənin qazanılmasında İsmayıllıdan olan qolu taqət, dizi təpər tapan eloğlularımızın da yaddaqalan xidmətləri olmuşdur.
Hər ilin may ayında müharibə veteranları dövlət səviyyəsində bir daha anılır, cəbhədə həlak olanların və sonradan dünyasını dəyişənlərin əziz xatirəsi yad edilir.
May ayının 9-da Qələbənin əldə olunmasının 67-ci ildönümü günündə İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərov İvanovka kəndində olmuş, veteranlar və kənd sakinləri ilə bərabər buradakı Xatirə kompleksini ziyarət etmişdir. Döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə RİH başçısı N.Ələkbərov, N.Nikitin adına kolxozun sədri Qriqoriy Minnikov çıxış etmişlər. Çıxış edənlər veteranları Qələbə bayramı münasibəti ilə təbrik etmişlər.
Tədbirin iştirakçıları olan müharibə veteranları Vasiliy Puzanova və Vasiliy Şerbakova Prezidentin, Rusiya Səfirliyinin, RİH başçısının və kolxoz idarə heyətinin adından pul mükafatları təqdim olunmuşdur. 1941-1945-ci illərdə faşizmlə döyüşlərdə həlak olanların şərəfinə ucaldılmış abidənin önünə əklillər və tər güllər qoyulduqdan sonra müharibədə həlak olanların ruhu bir daha açılan yaylım atəşləri ilə yad edilmişdir.
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!