• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Topçu kəndinə təbii qaz verildi

Topçu kəndinə təbii qaz verildi

Yazar Ismayilli
//
02 iyun 2012
//
//
Oxunub 1448
//
May ayının 7-si Topçu kənd sakinləri üçün əlamətdar olmuşdur. Həmin gün sakinlərin yaddaşında kəndə qaz verilməsi və əhali ilə açıq səyyar görüş-qəbul keçirilməsi ilə qalacaqdır. Tədbirin keçiriləcəyi yerdə, RİH başçısının Topçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasının həyətinə xeyli adam toplaşmışdı. Baharın təbiətə verdiyi gözəlliklər, toplantıya səbəb olan xoş xəbərin insanlarda yaratdığı əhval-ruhiyyə hər kəsdə bu günün özəlliyinə inam bəxş etmişdi.
Tədbiri RİH başçısı Nizami Ələkbərov açdı, toplantının səbəbini olduğu kimi, açıqladıqdan sonra kənd sakinlərini düşündürən, onlar üçün problem sayılan məsələlər barədə açıqlama vermələrini xahiş etdi.
Topçu kənd tam orta məktəbinin direktoru Fəzail Şirəliyev gələn qonaqları kənd sakinləri adından salamladı, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və onun bölgədəki nümayəndəsinə minnətdarlıq etmələrini bildirdi. Məktəb direktoru bir neçə gün əvvəl güclü külək nəticəsində məktəb binasının dam örtüyünün bir hissəsinin yararsız hala düşməsini bildirdi və bu halda mümkün köməkliyin göstərilməsini xahiş etdi.
Kənd sakini İbrahim Muştaqov kənddəki evlərin hamısına qaz verilməməsindən gileyləndi. Qaz İstismar Sahəsinin rəisi Eldar Səlimzadənin verdiyi məlumatdan aydın oldu ki, Topçu rayonda son illərdə təbii qazla təmin olunan 33-cü yaşayış məntəqəsidir. Burada ilk növbədə qaz verilişinin bərpası əvvəllər qazdan istifadə olunan mənzillərdə aparılıb. Bu sahədə iş davam etdiriləcək. 1986-cı ildən bəri tikilmiş yeni evlər də yaxın günlərdə qazla təmin olunacaq. Sahə rəisi həmçinin qazdan istifadə edənlərə təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı məlumatlar verdi.
Qəbula gəlmiş kənd sakini Heydər Seyidov 2,5 kilometr uzunluğu olan kəndarası yolun asfaltlaşdırılması məsələsini diqqətə çatdırdı.
RİH başçısı qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verdi.
Kəndin qocaman sakini, müəllim Həkim Məmmədov kəndə verilən qazın rəmzi məşəlini yandırdı.
Verilən yanacağın salamatlıqla, xeyirli günlərə işlədilməsi arzuları, xeyir-duası altında səslənən alqışlarla görüş-qəbul başa çatdı.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!