• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Sosial infrastruktur yeniləşir

Sosial infrastruktur yeniləşir

Yazar Ismayilli
//
01 avgust 2014
//
//
Oxunub 1693
//
Sosial infrastruktur yeniləşir

Elə həmin gün RİH başçısının növbəti görüş-qəbulu rayonun Qalınçaq kəndində baş tutub. Bu görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev də iştirak edib.
Sosial infrastruktur yeniləşir
Sakinlərlə söhbət zamanı ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişafdan, ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışılıb. Qalınçaq kəndində sosial infrastrukturun əsaslı şəkildə qurulmasına ayrılan dövlət qayğısından danışan sakinlər mövcud problemləri də diqqətə çatdırıblar. Prezidentin müvafiq Sərəncamı ilə kəndə çəkilən asfalt yola, tikilən orta məktəb binasına, içməli su xəttinin çəkilişinə görə kənd ağsaqqallarından Kamal Əzizov, Allahverən Vəliyev dövlət rəhbərinə minnətdarlıq bildiriblər.
Qəbulda fərdi xarakter daşıyan çıxışlar da diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətləri araşdırılıb.
Çıxış edənlər razılıqla bərabər sakinləri narahat edən məsələlərə də toxunublar. Sosial yardım, tikdirdiyi fərdi ev üçün texniki pasport almaq istəyənlər, kəndə verilən elektrik enerjisinin gərginliyinin aşağı olmasından, məscid tikintisi məsələsindən söz açanlar da olub.
Tədbirdə çıxış edən dövlət rəsmisi N.Əliyev kəndin sosial-iqtisadi problemlərini öyrənmək, onların həlli, insanların əmək məşğulluğu yollarını müəyyən etmək məqsədi ilə geniş söhbət edib.
Şahməmməd Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!