• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Kompleks Mülki Müdafiə təlimi

Kompleks Mülki Müdafiə təlimi

Yazar Ismayilli
//
02 iyun 2012
//
//
Oxunub 6206
//
Kompleks Mülki Müdafiə təlimiKompleks Mülki Müdafiə təlimiKompleks Mülki Müdafiə təlimiKompleks Mülki Müdafiə təlimi2012-ci il üçün Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının hazırlıq planına müvafiq olaraq 1-3 may tarixlərində Mülki Müdafiə Qoşunları tərəfindən İsmayıllı rayonunda Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki-müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir. Kompleks təlimə İsmayıllı rayon İcra Hakimiyyətinin mərkəzi aparatı, rayon fövqəladə hallar komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt Mülki müdafiə qüvvə və vasitələri, həmçinin təsərrüfat obyektləri cəlb olunmuşdur.
Kompleks təlimin keçirilməsində məqsəd Mülkü müdafiə haqqında Azərbaycan Respublikasının Qanununun, Mülki müdafiənin təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarının, fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və MM idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyasının fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığın yoxlanılmasından, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, MM qüvvələrinin idarə olunması üzrə MM idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, MM idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasından ibarət olmuşdur.
Kompleks Mülki Müdafiə təlimiKompleks Mülki Müdafiə təlimiKompleks Mülki Müdafiə təlimiKompleks Mülki Müdafiə təlimiKompleks Mülki Müdafiə təlimiTəlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya, epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetirmişlər.
Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilmişdir. Kompleks təlimdə rayonun hərbiləşdirilmiş dəstələrinin 314 nəfər şəxsi heyəti və 43 texnikası iştirak etmişdir.
Təlimin gedişində İsmayıllı rayon MM dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilmiş, qarşıya qoyulan məqsədə nail olunmuşdur.
Təlimdə Mərkəzi Xəstəxana, GEM, Polis Şöbəsi, Yanğından Mühafizə Hissəsi, qaz, elektrik, su, rabitə xidmətləri, avtonəqliyyat və tikinti təşkilatlarının fəaliyyəti təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Təlimdən sonra RİH başçısı Nizami Ələkbərov çıxış edərək təlimin keçirilməsinə köməklik göstərmələrinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin nümayəndələrinə, eləcə də təlim iştirakçılarına təşəkkürünü və dərin minnətdarlığını bildirmişdir.
İsaməddin Ağayev,
İsmayıllı rayon Mülki Müdafiə Qərargahının rəisi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!