• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Mədəniyyət işçilərinin hesabat konfransı

Mədəniyyət işçilərinin hesabat konfransı

Yazar Ismayilli
//
02 iyun 2012
//
//
Oxunub 1612
//
Mədəniyyət    işçilərinin hesabat konfransıMədəniyyət    işçilərinin hesabat konfransıMay ayında Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (MİMHİ) İsmayıllı Rayon Komitəsinin (RK) VII konfransı keçirilmişdir. Konfransda giriş sözü ilə çıxış edən komitə sədri Lətif Quliyev qeyd etmişdir ki, MİMHİ Respublika Komitəsi Azərbaycan Respublikası Konstitusiyasına, qanunvericiliyinə və özünün Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən müstəqil bir ictimai təşkilatdır. MİMHİ Azərbaycan Respublikasının ərazisində yerləşən mədəniyyət və incəsənət sahələri, nəşriyyat, poliqrafiya, bədən tərbiyəsi və idman, kütləvi informasiya vasitələri, turizm, yaradıcılıq ittifaqları, mədəniyyət və incəsənət sahələrində müqavilə əsasında çalışanların, adları çəkilən sahələrin ali və orta ixtisas, texniki peşə məktəbləri tələbələrinin əqidəsinə, siyasi və dini əqidəsinə, dilinə və milliyyətinə fərq qoyulmadan könüllülük əsasında birləşdirir. Bu baxımdan Həmkarlar İttifaqı öz üzvlərinin peşə, hüquq, sosial, iqtisadi və mənəvi mənafelərinin müdafiəçisi və nümayəndəsi olmaq etibarı ilə, özünün qarşılıqlı münasibətlərini bərabər hüquqlu əməkdaşlıq, dialoq əsasında quran bir təşkilatdır.
400 nəfər üzvü özündə birləşdirən bir qurumun nümayəndələrinin və qonaqlarının iştirakı ilə çağırılmış Mədəniyyət işçiləri İsmayıllı rayon HK-nin VII konfransı açıq elan olundu. Konfransın işində MİMHİ Respublika Komitəsi Rəyasət Heyətinin üzvü Sona xanım Qazıyeva, İsmayıllı rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Valeh Salehov iştirak edirdi.
Qonaqları və konfransın 34 nəfər iştirakçısını salamlayan RK sədri konfrans üçün hazırladığı hesabat məruzəsini oxudu. Məruzədə göstərildi ki, MİMHİ Respublika Komitəsinin və üzv təşkilatların kadr siyasəti müasir həmkarlar ittifaqı liderlərinin yetişdirilməsi, gənc mütəxəssislərin həmkarlar ittifaqı işinə cəlb edilməsi, kadr ehtiyatı yaradılmasına diqqət artırılmışdır. Həmkarlar təşkilatlarında hesabat seçki yığıncaqlarının hazırlanıb keçirilməsi ilə əlaqədar təlimat sənədlərinə uyğun olaraq üzv təşkilatların sədrlərinin, rəyasət heyətinin üzvlərinin iştirakı ilə yığıncaqlar keçirilmiş, söhbətlər aparılmışdır.
MİMHİ İsmayıllı RK-nin 2005 -2011-ci ilədək olan dövr üçün fəaliyyəti haqqında hesabat məruzəsini diqqətlə dinləyən konfrans nümayəndələri məruzə ətrafında çıxışlar etdilər.
Mədəniyyət işçiləri HK-nin Gender bərabərliyi və qadın Problemləri komissiyasının sədri Zərifə Qəndiyevanın, İncəsənət Məktəbinin dərs hissə müdiri Nazim Aydınovun, İncəsənət məktəbinin direktoru, gənclərlə iş komissiyasının sədri Elşən Süleymanovun, İsmayıllı rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Valeh Salehovun və MİMHİ Respublika Komitəsi Rəyasət Heyətinin üzvü Sona Qazıyevanın çıxışında RK-nin hesabat dövründəki işi müsbət qiymətləndirildi. Edilən çıxışlarda tənqidi fikirlər səsləndirildi və işin məqsədyönlü davamı üçün təkliflər irəli sürüldü.
MİMHİ İsmayıllı RK-nin 2005 -2011-ci ilədək olan dövr üçün təftiş komissiyanın fəaliyyəti haqqında komissiyasının sədri Vaqif Ağayev hesabat verdi.
MİMHİ tərəfindən müəssisələrdə gənc kadrların ictimai işlərdə təşkilatlanması, işçilərin sosial-iqtisadi mənafelərinin qorunması, əmək və iş şəraitinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir
Hesabat dövründə 13 saylı Əmək Müfəttişliyi və rayon HK-i nümayəndələrinin iştirakı ilə Lahıc və Basqal Tarix Mədəniyyət Qoruqlarında, Uşaq İncəsənət məktəbində, MKS-də əmək qanunvericiliyin tələblərinə, kollektiv müqavilə şərtlərinə əməl olunması ilə bağlı geniş yoxlamalar aparılmışdır. Əmək qanunvericiliyin pozulması ilə əlaqədar müfəttişlik tərəfindən olunan iradların aradan qaldırılması ilə əlaqədar rayon Mədəniyyət və Turizm Şöbəsi rəhbərliyinə akt təqdim olunmuşdur. Aktda qeyd olunan nöqsanların aradan qaldırılması ilə əlaqədar müəssisə rəhbərlərinin iştirakı ilə yığıncaq keçirilmiş, hər bir müəssisə üzrə qeyd olunan nöqsanlar qısa müddət ərzində aradan qaldırılmışdır.
Komitənin fəaliyyəti bütün hallarda ona üzv olan işçilərin hüquqlarının qorunmasına sosial şəraitlərinin yaxşılaşdırılmasına yönəldilmişdir.
Komitə Silahlı qüvvələrə hamilik işinin təşkili, hərbi vətənpərvərlik, gənclər və xüsusi istedada malik uşaqlarla görülən işlər sahəsində bir sıra faydalı tədbirlər həyata keçirmişdir.
Hesabat məruzəsindən, edilən çıxışlardan sonra Konfrans Komitənin fəaliyyət proqramı kimi səslənən qərarlar qəbul etdi. MİMHİ İsmayıllı RK-i sədrinin 2005-2011-ci ildə fəaliyyətinə dair hesabat məruzəsi və Təftiş Komissiyasının hesabatı nəzərə alınaraq rayon Həmkarlar komitəsinin fəaliyyəti kafi qiymətləndirildi.
Komitəyə İttifaq üzvlərinin sosial-iqtisadi mənafelərinin qorunması, gənclərlə, qadınlarla aparılan iş sahəsində fəaliyyəti daha da genişləndirmək tapşırıldı.
Konfrans həmçinin 15 nəfərdən ibarət Rayon Komitəsini, 7 nəfərdən ibarət rəyasət heyətini və 3 nəfərdən ibarət təftiş komissiyasını seçdi.
MİMHİ İsmayıllı RK-nin sədri vəzifəsinə yenidən 1961-ci ildə anadan olmuş, ali təhsilli, azərbaycanlı, Quliyev Lətif Əzim oğlu seçildi.
MİMHİ Respublika Komitəsinin XVII konfransına da Quliyev Lətif Əzim oğlu nümayəndə seçilməsi dəstəkləndi
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!