• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Uğurlu ilin müvəffəqiyyətləri

Uğurlu ilin müvəffəqiyyətləri

Yazar vusal
//
25 fevral 2012
//
//
Oxunub 2422
//
XX əsr Azərbaycan tarixinin görkəmli lideri və şəxsiyyətlərindən biri - ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli möhkəm qoyulmuş müstəqil dövlətimiz son illər ərzində saysız-hesabsız uğurlar qazanmışdır.
Böyük dövlət xadiminin siyasətini uğurla davam etdirən prezidentimiz İlham Əliyevin gördüyü işlər sayəsində Azərbaycanda son illərdə xeyli nailiyyətlər əldə olunmuşdur. Azərbaycan sürətlə inkişaf etmiş, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.
Gənc nəslin Vətənə məhəbbət, xalqımızın tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi ilk növbədə bugünkü təhsilin üzərinə düşür. Digər sahələrlə yanaşı, mədəniyyətimiz, təhsilimiz özünün yüksək inkişaf və çiçəklənmə dövrünü yaşayır.
Bəli, gözəl təbiəti ilə göz oxşayan İsmayıllı Azərbaycan Respublikasının zəngin mədəniyyəti və təhsil ənənələrinə malik rayonlarından biridir. Sizə bu ənənələrə sadiq olaraq, təhsilin, təlim və tərbiyənin yüksəlişinə xüsusi önəm verən A.Aslanov adına 2 saylı tam orta məktəbin 2011 - uğurlu bir ilin müvəffəqiyyətlərindən söhbət açmaq istəyirəm.
Yeni il şənlikləri ilə başlanan 2012-ci il estafeti 20 Yanvar, Mübariz İbrahimovun xatirəsinin geniş şəkildə qeyd olunması və Xocalı faciəsi kimi vətənpərvərlik mövzusunda keçirilən tədbirlərə verdi.
Keçən ilin fevral və mart aylarında məktəbdə keçirilən Açıq dərslərin, bütün siniflər üzrə ayrı-ayrı fənlərdən testlərin aparılması şagirdlərin intellektual səviyyəsini müstəqil öyrənmək və öyrəndiklərini tətbiq etmək bacarıqlarının inkişafına, dünyagörüşlərinin genişlənməsinə, təhsilin kefiyyətinin yüksəlməsinə müsbət təsir göstərməyə bilməzdi.
Aprel ayında diqqət buraxılış imtahan sınaqlarının keçirilməsinə yönəldildi. İdman yarışlarında şagirdlərimiz diplom, fəxri fərman, qızıl və gümüş medalla məktəbin adını layiqincə təmsil etdilər.
May ayı məktəbin həyatında səfərlər ayı kimi qeyd olundu.
Lahıç qəsəbə tam orta məktəbində 1 may 2011-ci il tarixində keçirilmiş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş rayon məktəbləri arasında riyaziyyat olimpiadasında iştirak edən I-VI sinif şagirdlərimiz yüksək bilik nümayiş etdirərək diplom, pul mükafatı və hədiyələr qazandılar.
Ən yaxşı müəllim müsabiqəsinin qalibi, İsmayıllı bələdiyyəsinin sədr müavini Fəqan Məmmədovun təşkilatçılığı ilə məktəbin müəllim və şagirdlərinin bir qrupu Mübariz İbrahimovun xatirəsini yad etmək üçün Biləsuvara görüşə yolandı.
Riyaziyyat müəllimi Sənubər Səmədova, fizika müəllimi Şəkər Hacıyeva və məktəbin şagird Seymur Səmədov təhsilin və mədəniyyətlərin xarici ölkələrə inteqrasiyası zəmnində yeni layihə ilə qardaş ölkə olan Türkiyəyə səfər etdilər. Onlar Türkiyənin Burdur şəhərindəki Mehmet Akif Ersoy Universitetində oldular. Seymur Səmədov orda yaranan dostluq və yoldaşlıq görüşlərindən razı qaldığını, onun həyatında əlamətdar və yadda qalan hadisə kimi qiymətləndirdi.
Məktəbimizdə keçirilən sınaq imtahanlarında IX sinif üzrə 100 faiz, XI sinif üzrə 94,5 faiz nəticə qazandıq. Bu, rayon üzrə məktəblər arasında yüksək göstərici oldu.
Sentyabr ayında məktəbimiz böyük sevincdən doğan tədbir keçirildi. Məktəbimizi bitirib, abuturyent adına layiq görülən 16 nəfər şagirddən 10 nəfəri yüksək balla Respublikamızın ali məktəblərinə vəsiqə qazanmışdı.. Bu toplantı Ağahüseyn Aslanov adına tam orta məktəbin şagird auditoriyası qarşısında xüsusi örnək olan tarixi hadisə kimi yaddaşlara həkk olundu.
oktyabr ayında XI sinif şagirdi Aynur Sabirli Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin II Forumunda iştirak etmək hüququ qazandı. Noyabr ayında isə həmin sinfin XI sinif şagirdi Aysel Ələkbərova Gələcək nəsillərlə üz-üzə IV Ümumrespublika inşa müsabiqəsi, Qadınların statusu layihəsi üzrə qalibi oldu. Bütün uğurlar sinif rəhbəri Xatirə Nuriyevanın şagirdlərlə yüksək əməkdaşlığının nəticəsidir.
İsmayıllı Rayon Təhsil Şöbəsinin qərarı ilə 16 dekabr tarixində məktəbimizdə I-IV siniflərdə Elmi-praktik konfrans keçirildi. Təhsil işçilərinin, İsmayıllı şəhər və kənd məktəblərinin sinif müəllimlərindən ibarət 100 nəfərlik heyətin iştirakı ilə konfrans müvəffəqiyyətlə başa çatdı. Konfransda sinif müəllimləri Elza Hüseynova, Sədaqət İsazadə, İradə Qəribova və Təhminə Atayeva ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Ümumtəhsil məktəblərinin İKT ilə təminatı proqramı na müvafiq yüksək bilik və bacarıq nümayiş etdirdilər.
Qazanılan müvəffəqiyyətlər bir daha sübut etdi ki, məktəbdə müəllim-şagird, müəllim-valideyn və valideyn-şagird münasibətləri düzgün qurulub. Uğurlar məktəbdəki məqsədyönlü psixoloji xidmətin təntənəsidir.
Gültəkin Abdulova,
Ağahüseyn Aslanov adına şəhər 2 saylı tam orta məktəbinin psixoloqu

Şərh əlavə et:
Комментарии к новости (26)

Şərh eəlavə et

------------ -----------
Free counters!