• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Nağıllaşan həyat - Aydın Səlimzadə ömrü

Nağıllaşan həyat - Aydın Səlimzadə ömrü

Yazar Ismayilli
//
15 iyul 2014
//
//
Oxunub 2482
//
Nağıllaşan həyat - Aydın Səlimzadə ömrü

Nağıllaşan həyat -  Aydın Səlimzadə ömrü

Xüsusi buraxılış ömrünün və yaradıcılığının çiçəkləndiyi bir vaxtda həyata əlvida demiş, şair, yazıçı-publisist,etnoqraf, tarixçi-alim Aydın Hümbət oğlu Səlimzadənin əziz xatirəsinə həsr olunub. Buraxılışa A.Səlimzadə haqqında bəzi məlumatlar, həyatının müxtəlif mərhələlərini əks etdirən yazılar, şeir
yaradıcılığından nümunələr, doğmaları və yaxınlarının ürək sözləri, dostlarının xatirələri və barəsində mətbuatda dərc olunmuş bəzi yazılar və fotolar daxil edilib.

Bu cür şəxslər özlərinə məxsus deyillər. Xalqa məxsus olduğundan, onun haqqında söhbət də mütləq ümumiləşməlidir. Bu, prototipdir: gözəl bir insanın prototipi...
Aydın üçün regionçuluq anlayışı yox idi. Bir amalı vardı: Vətən və torpaq. Bunun üçün nəyə desəniz gedərdi, hətta ölümə belı.
Eldar Salayev,
akademik

Aydın Akademiyanın səmasında işıqlı ulduz kimi birdən parladı. Qısa müddət keçdikdən sonra birdən qeyb oldu. Mən indiyədək onun kimi adı ilə daxili aləmi, məzmunu, bir-birinə bu qədər uyğun gələn aydın fikirli gənc ziyalı görməmişəm. İstər ictimai, istərsə də şəxsi həyatı bir sıra qayğılarla yükləndiyinə baxmayaraq, təbiət ona həmişə xeyirxahlıq yağan bir çöhrə bəxş etmişdi və bu çöhrədən təbəssüm heç vaxt əskik olmazdı. Nakam Aydınımızı çoxları kimi mən də ömrümün sonuna qədər məhz belə xatırlayacağam.
Bəkir Nəbiyev,
akademik

Onun gözlərindən hər şeyi oxumaq olurdu: yaşamaq eşqini də, uşaq kimi kövrəkliyini də.
Oğlu Ayazdan danışanda gözlərinin dərinliyində qəribə bir qürur hissi duyulurdu.
Uyuduğu İsmayıllı torpağında Aydının gözləri yol çəkir, özünə əziz bildiyi dost-tanışından umur, küsür...
Şirindil ALIŞANOV,
Filologiya elmləri doktoru

Aydın eyni zamanda bir neçə iş görürdü: həm elmlə məşğul olurdu, həm jurnalistliklə, həm də inzibati işdə fəaliyyət göstərirdi. Eyni zamanda dostlarının çətin problemlərini də öz üzərinə götürürdü. Özü də bütün işləri əla yerinə yetirirdi. Elə bil ömrünün qısalığını bilirdi...
Bir qısa ömründə bir neçə mənalı ömür yaşadı Aydın...
Balaheydər Qədirov,
Azərbaycan EA-nın elmi təşkilat şöbəsinin müdiri
Elm və həyat, 2, 1995-ci il

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!