• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Onların da sevinməyə haqqı var

Onların da sevinməyə haqqı var

Yazar vusal
//
25 fevral 2012
//
//
Oxunub 1933
//
Onların da sevinməyə haqqı varŞəhər 2 saylı tam orta məktəbi həmişə öz nailiyyətləri ilə öndə gedən təhsil ocaqlarındandır. Istər məktəb rəhbərliyi, istərsə də pedaqoji kollektiv öz işinin öhdəsindən bacarıqla gəlir.
Burada, demək olar ki, müəllimlik peşəsini qəlbdən sevən əsil pedaqoqlar çalışırlar.
Bu günlərdə məktəbdə böyük bayram əhval-ruhiyəsi vardı. Məktəbin akt zalı yüksək zövqlə bəzədilmişdi, öz qonaqlarını gözləyirdi. Burada fərdi təhsil alan, köməyə ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçiriləcəkdi. Axı o uşaqların da sevinməyə, gülməyə, rəqs etməyə haqları var.
Budur, əlil uşaqlar valideyn və müəllimlərin köməyi ilə zala daxil olurlar. Hərə öz yerində əyləşir. Qar qız uşaqlarla görüşür və birlikdə Şaxta babanı səsləyirlər. Şaxta baba uşaqlar üçün hədiyyələrlə birgə zala daxil olur. Uşaqların üzündə çox böyük sevinc və xoşbəxtlik hissi var. Onlar şeir deyir, tapmaca söyləyir Şaxta babadan hədiyyələr alırlar. Tədbirdə rayon təhsil şöbəsinin inspektoru Ramiz Baloğlanov da iştirak edirdi. O, uşaqları Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etdi. Belə bir tədbirin hazırlanmasında əməyi olan müəllimlərə - Gülxar Məmmədovaya, Gültəkin Abulovaya, Gilas Musayevaya, Xəyala Kərimovaya təşəkkür etdi.
Məktəbin direktoru Ramil Dadaşov uşaqlara böyük məhəbbət və qayğı ilə yanaşaraq onları rəqsə dəvət etdi. Tədbirdə uşaqların sevincinin həddi-hüdudu yox idi. Axı onlar da cəmiyyətimizin üzvüdürlər. Ulu Tanrı uşaqlara belə qayğı göstərənlərə yar olsun.
Təranə Məmmədova,
Şəhər 4 saylı tam orta məktəbin müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!