2012-ci ilin birinci üçaylığının yekunları » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

2012-ci ilin birinci üçaylığının yekunları

2012-ci ilin birinci üçaylığının yekunlarıİsmayıllı rayon İcra Hakimiyyəti başçısı N.H.Ələkbərovun 2012-ci ilin birinci üçaylığının yekunlarına həsr olunmuş yığıncaqda məruzəsinin xülasəsi
16 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Prezident İlham Əliyev giriş nitqində bildirmişdir ki, 2012-ci il uğurlu başlamış, birinci rübdə bütün vəzifələr icra edilmişdir. Əsas iqtisadi göstəricilərimiz də çox müsbətdir. Sevindirici hal ondan ibarətdir ki, görülmüş işlər və düzgün siyasət nəticəsində ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişafına nail olunmuşdur. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılmış addımlar bəhrəsini verir. Qeyri-neft iqtisadiyyatımız sürətlə artmaqdadır. Birinci rübdə ümumi daxili məhsul 0,5 faiz artsa da qeyri-neft sektorunda ümumi daxili məhsul 7,7 faiz artmışdır. Birinci rübdə ümumi sənaye istehsalı 0,3 faiz azalsa da qeyri-neft sənayemiz 16,5 faiz artmışdır.
İclasda ölkə üçün önəmli olan yeni infrastruktur layihələrinin icrası ilə əlaqədar görülmüş işlərlə yanaşı qarşıda duran vəzifələr barədə aidiyyəti təşkilatlar qarşısında konkret vəzifələr qoyulmuşdur. Cənab Prezident qeyd etmişdir ki, ikinci rüb ilə bağlı bütün vəzifələr bəllidir, bütün göstərişlər verilibdir, bütün proqramlar vardır. Makroiqtisadi sabitlik qorunmalıdır. Çalışmalıyıq ki, inflyasiyanı ilin sonuna qədər birrəqəmli səviyyədə saxlayaq. Əhalinin pul gəlirləri daim inflyasiyadan üstün olmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqların icra edilməsi istiqamətində 2012-ci ilin birinci rübündə rayonda tədbirlər davam etdirilmişdir.
Ötən 3 ayda rayonumuzun tarixində yeni səhifələr açıldı. Azərbaycan Respublikasının İsmayıllı rayonunun ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 269-IVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2012-ci il tarixli Sərəncamından sonra İsmayıllı şəhərinə 3 kənd birləşdirildi, şəhər əhalisinin sayı 16 min nəfərdən 25 min nəfərə çatdı.
Bu tarixi qərar bizim də qarşımıza böyük məsuliyyət qoyur. Artıq birləşən ərazilərdə də abadlıq, yenidənqurma işlərinin aparılmasına başlamaq lazımdır.
İlin yeni başlandığını nəzərə alaraq əsasən il ərzində həyata keçiriləcək tədbirləri nəzərinizə çatdırmaq istəyirəm.
Digər yaşayış məntəqələrinin daxili yollarında Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində və daxili imkanlar hesabına xeyli iş görülmüşdür. Hesabat dövründə Prezidentin daha bir sərəncamı ilə İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun yenidən qurulması üçün ilkin olaraq 3 milyon manat vəsait ayrıldı. Bu yol rayonumuzda kənd təsərrüfatının inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi ilə İsmayıllı şəhərində 45 fərdi yaşayış evinin tikintisi üçün hazırlıq işləri başa çatdırılmış, yaxın günlərdə inşaat işlərinə başlanacaqdır. 2012-ci ilin birinci üçaylığının yekunlarıHesabat dövründə İsmayıllı şəhərində AZPETROL yanacaqdoldurma məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir ki, nəticədə, 25 yeni iş yeri yaranmışdır.
Heydər Əliyev prospektində Qala divarlarının qarşısında abadlıq işlərinin davam etdirilməsinə başlanmışdır. Bununla yanaşı prospektdə yağış kanalizasiya sistemi yaradılacaq, piyadaların təhlükəsizliyi üçün səkilər yenidən qurulacaqdır. Bundan başqa, Ərəstun Mahmudov küçəsində səkilərin abad edilməsinə, şəhərin küçələrinin asfalt örtüyünün təmiri işlərinə başlanmışdır. Şəhərin bir neçə küçəsinə ümumilikdə 40 min kvadrat metrdən çox asfalt örtük vurulacaqdır.
2012-ci ilin 3 ayında rayonda faktiki qiymətlərlə ümumi məhsul buraxılışı 17 milyon 645 min manat olmuşdur. Rayon büdcəsinin gəlirləri 3 milyon 839 min manata qarşı 3 milyon 931 min manat və ya 102 faiz, xərcləri 3 milyon 839 min manata qarşı 2 milyon 734 min manat icra olunmuşdur.
İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 2012-ci ilin 3 ayında istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. İstehlak edilən enerjinin dəyərinin 76,9 faizi toplanmışdır. Bu heç də qaneedici deyil. Qarşıda duran ən vacib məsələ enerji sisteminin yenidən qurulmasıdır ki, qarşıdan gələn aylarda bu işlərin görülməsinə başlanacaqdır.
İsmayıllı Qaz İstismar Sahəsi tərəfindən 3 ayda istehlakçılara 1 milyon 167 min kubmetr təbii qaz yanacağı verilmişdir. İstifadə olunmuş qazın dəyəri abonentlərdən 84,5 faiz yığılmışdır. 2012-ci ildə şəhərin daşıyıcı qaz xətlərində yenidənqurma işləri davam etdirilmişdir. İl ərzində şəhərin dairəvi qaz təchizatı xəttinin bərpası, bir neçə yaşayış məntəqələrinin daşıyıcı və paylayıcı qaz kəmərlərində təmir-bərpa işləri aparılması nəzərdə tutulmuşdur. 2012-ci ilin birinci üçaylığının yekunlarıMilli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə çərçivəsində Dünya Bankının vəsaiti hesabına İsmayıllı şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir.
Su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə əməkdaşlığımızı davam etdirməklə Yaponiya Səfirliyinin vəsaiti hesabına Lahıc qəsəbəsində 2 km kanalizasiya xəttinin çəkilməsinə başlanmışdır. Bundan başqa, Yaponiya Səfirliyinin köməyi sayəsində Kürdmaşı, Kürdeldarbəyli və Gideyli kəndlərinin içməli su ilə təmin etmək üçün artezian quyularının qazılması nəzərdə tutulmuşdur.
3 ay ərzində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilmiş, 7233 nəfər üzvü olan 1593 ailəyə ünvanlı sosial yardım ödənilmişdir.
Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsi tərəfindən pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün 3 ayda ödəniş müəssisələrinə 5 milyon 751 min manat məbləğində vəsait köçürülmüşdür. Vəsaitin 5 milyon 191 min manatı Respublika DSMF-dən daxil olmuşdur ki, bu da ödənilmiş pensiya məbləğinin 92 faizini təşkil edir.
Hesabat dövründə İsmayıllı rayon Məşğulluq Mərkəzinə 129 nəfər qeyri-məşğul vətəndaş iş axtarmaq məqsədi ilə müraciət etmişdir. Onların 117 nəfəri işaxtaran kimi qeydiyyata alınmış, 52 nəfər və ya müraciət edənlərin 40 faizi işlə təmin olunmuşdur.
Əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin və digər yaşayış məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariyaya qarşı mübarizə aparılması üçün rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar Sahəsi tərəfindən müəyyən işlər görülmüşdür. Şəhərin ərazisinin genişləndirilməsi ilə əlaqədar olaraq Kommunal Müəssisələri Kombinatının xidmət sahəsi də xeyli artmışdır. Şəhərin təmiz saxlanması, məişət tullantılarının vaxtında toplanması və son nəticədə, tullantıların həcminin minimuma endirilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə əməkdaşlıq edilir. Mənzil İstismar sahəsi tərəfindən 3 ayda büdcə vəsaiti hesabına Natəvan küçəsindəki 6 və 8 saylı binaların dam örtüyünün bir hissəsi dəyişdirilmiş, binaların fasadında cari təmir işləri aparılmışdır.
Rayon Telekommunikasiya Qovşağında taarif gəliri planı 160 min manata qarşı 162,9 min manat və ya 102 faiz yerinə yetirilmişdir. Əhaliyə internet xidmətinin göstərilməsi üçün müvafiq tədbirlər görülür. Hazırda 850 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir.
Hesabat dövründə İsmayıllı rayon Poçtamtı taarif gəlirlər planını artıqlaması ilə yerinə yetirmişdir. Əhaliyə göstərilən poçt rabitəsi xidmətinin keyfiyyəti yüksəlmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə artım əldə olunmuşdur.
Məruzəçi daha sonra qeyd etmişdir ki, 2012-ci ilin ötən dövrü ərzində aqrar sahədə də bir sıra uğurlar qazanılmışdır. Kənd təsərrüfatı üzrə 7 milyon 416 min manat dəyərində ümumi məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
I rüb ərzində rayon üzrə 575 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bunun da 187 hektarı tərəvəz, 118 hektarı kartof, 120 hektarı günəbaxan, 150 hektarı paxlalılardan ibarətdir. Yazlıq bitkilərin əkini davam etdirilir.
Hesabat dövründə 1253 ton ət, 8437 ton süd, 1 milyon 918 min ədəd yumurta istehsal olunmuşdur. Bütün heyvandarlıq məhsulları istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpan artım əldə olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2011-ci ilin payızında buğda bitkisi səpininə görə 6149 nəfər istehsalçıya 21911 hektar əkin sahəsi üçün mart ayında 876,4 min manat yardım verilmişdir.
Aqrolizinq xətti ilə kənd təsərrüfatı istehsalçılarına güzəştli qiymətlərlə satmaq üçün 605 ton mineral gübrə, xəstəlik və zərərvericilərlə mübarizə aparmaq üçün zəhərli-kimyəvi maddələr və pestisidlər gətirilmişdir. Fermerlərə birinci rübdə güzəştli qiymətlərlə 318 ton gübrə satılmışdır.
Rayonumuzda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, mövcud su ehtiyatlarından səmərəli istifadə olunması və bölüşdürülməsi diqqət mərkəzindədir. Birinci rüb ərzində 2 ədəd hidrometrik post və 8 ədəd qurğu cari təmir olunmuşdur.
Yaşayış məntəqələrini daşqın və sel sularından mühafizə etmək məqsədilə 77 kubmetr sahilbərkitmə işləri görülmüşdü.
2012-ci ilin 3 ayında Rayon Mərkəzi Xəstəxanasında əhaliyə tibbi xidmətin yaxşılaşdırılması üçün tədbirlər görülmüşdür.
Səhiyyənin müasir tələblər səviyyəsinə qaldırılması üçün tədbirlər davam etdirilir. 2012-ci ildə Lahıc qəsəbəsində və İvanovka kəndində müasir layihə əsasında 15 çarpayılıq yeni xəstəxana binasının, Tircan və Topçu kəndlərində həkim məntəqəsi üçün yeni binaların tikintisi davam etdirilmişdir. 2012-ci ilin birinci üçaylığının yekunlarıRayon Təhsil Şöbəsi tərəfindən təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, təlim prosesində müasir təlim üsullarının tətbiqi, şagirdlərin təlim-tərbiyəsinin yaxşılaşdırılması istiqamətində işlər müvəffəqiyyətlə gedir. 2011-ci ilin I rübündə Kürdeldarbəyli kənd tam orta, Talış və Sərdahar kənd ümumi orta məktəblərinin hər biri üçün 80 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanmışdır. Qəzalı vəziyyətdə olan Yeniyol, Pirəbilqasım, Mücü və Müdri məktəbləri üçün tikiləcək binaların layihə-smeta sənədləri hazırlanmaqdadır.
Təhsilimizə göstərilən qayğı nəticəsində uğurlar hər il artmaqdadır. Respublika prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində rayonda görülən məqsədyönlü işin nəticəsidir ki, rayonun istedadlı şagirdləri müxtəlif səviyyəli müsabiqələrdə öndə gedirlər.
Rayonda məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinin inkişafına xüsusi diqqət yetirilir. Cəsurlar hərbi-idman və turizm və Şahin hərbi idman yarışlarının rayon mərhələsi yüksək səviyyədə keçirilmişdir. Cəsurlar hərbi-idman və turizm yarışlarının zona mərhələsində Təzəkənd kənd tam orta məktəbinin, Şahin hərbi-idman yarışlarının zona mərhələsində, Diyallı kənd tam orta məktəbinin komandaları qalib gəlmiş və yarışların respublika mərhələsinə vəsiqə qazanmışlar.
Uğurlarla yanaşı onu da qeyd etmək lazımdır ki, rayonun təhsil sistemində müəyyən problem və çətinliklər də mövcuddur. Qəza vəziyyətində olan təhsil müəssisələrimiz də vardır. Bu ilin birinci rübündə yeni bina tikintisi vacib olan, uyğunlaşmış binalarda yerləşmiş məktəb və uşaq bağçalarının siyahısı müəyyənləşdirilmiş və məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2012-ci ildə müəyyən işlər görülmüşdür.
Rayon Mədəniyyət və Turizm Söbəsi İsmayıllı Azərbaycanın Sənətkarlıq Paytaxtı -2011 layihəsinin qeyd olunması ilə bağlı tədbirlər planının icrasındakı məqsədyönlü fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
2012-ci il üçün İsmayıllı rayonu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə Tarix və Mədəniyyət abidələri ilə bağlı pilot rayonu seçilmişdir. Rayon ərazisində olan tarix və mədəniyyət abidələrinin bərpası və konservasiyası nəzərdə tutulmuşdur.
Rüb ərzində Rayon Mədəniyyət və Turizm Şöbəsi keçirilən bütün mədəni-kütləvi tədbirlərdə fəal iştirak etmişdir. Onu da qeyd etmək lazım bilirəm ki, bir sıra kəndlərdə hələ də mədəni-maarif müəssisələrinin yerləşdiyi binaların təmirə ciddi ehtiyacı vardır. Mədəni-maarif obyektlərinin iş fəaliyyəti günün tələbləri səviyyəsində deyildir. Əmin olmaq istəyirik ki, bu sahədə keçirdiyi islahatlar yaxın vaxtlarda müsbət nəticəsini verəcəkdir.
Yaxın günlərdə rayonumuz iki böyük tədbirə ev sahibliyi edəcəkdir. Bunlardan biri, ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə keçirilən Beynəlxalq velo-yürüş, digəri isə 15 mayda keçiriləcək Ailə bayramıdır. Bu tədbirlərin məsuliyyətini bir daha nəzərinizə çatdırmaqla hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsini xahiş edirəm.
RİH-nin başçısı Nizami Ələkbərov sonda demişdir:
- Azərbaycan dinamik, sürətli inkişaf yolundadır. Rayonumuzda hələ də görüləsi işlər çoxdur. İclasda Prezident qarşımızda duran vəzifələrin əsas istiqamətlərini konkret olaraq bəyan etdi. Qarşımıza qoyulan bütün vəzifələrin uğurlu həlli üçün Sizə müvəffəqiyyətlər arzulayıram.
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter