• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Gül bayramı el bayramı

Gül bayramı el bayramı

Yazar Ismayilli
//
14 may 2014
//
//
Oxunub 5248
//
İsmayıllı çox yaxşı rayondur, mən buranı yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir. Azərbaycana rəhbərlik etdiyim o illərdə mən bu rayondan bir dənə də olsun mənfi şey eşitməmişdim. Təbiəti yaxşıdır, bütün ətrafı gözəl meşələr, çaylardır. İndi Allah sizə belə gözəl bir yer nəsib edibdir.
Heydər Əliyev


Gül bayramı el bayramı
Ömrünü xalqının xoşbəxtliyi yolunda sərf etmiş ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ilini xüsusi təntənə ilə qeyd etməyə həsr olunmuş tədbirlər 10 may 2014-cü il tarixdə, İsmayıllıda, ümummilli liderin adını daşıyan meydanda keçirilən Gül bayramı ilə ən yüksək zirvəsinə çatdı.

Saat 10-da rayonun ümumtəhsil məktəbləri, bütün idarə və təşkilatları, səhiyyə, mədəniyyət müəssisələri, məktəbəqədər müəssisələrin güldən yaratdıqları nümunələrlə Heydər Əliyev prospektindəki parkda nümayişə hazır idilər. İzdihamın andan-ana genişlənməsi tədbirin böyüklüyündən xəbər verirdi.


Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ulu öndərin abidəsi önünə tər qızılgüllər qoydu. Başçı əlaqədar təşkilatların rəhbərləri ilə birgə parkı gəzərək, xüsusi diqqət və zövqlə, əlvan güllərdən yaradılmış lövhələri, kompozisiyaları ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə göstərilən ehtiram kimi seyr etdi. Məktəblilər Ulu öndərin şəninə yazılmış şeirlər, mahnılar oxudular, rəqs etdilər.



Belə bir tədbirdə kimi kimdənsə fərqləndirmək fikrindən yan keçirəm. Çünki iştirakçıların hər biri bu böyük meydana ulu öndərə - Azərbaycanın xilaskarı və qurucusu Heydər Əliyevə olan sevgisini nümayiş etdirməyə gəlmişdi. Onu deyə bilərəm ki, bayrama gül və yaradıcılıq nümunələri gətirən hər bir kəs Ulu öndərə dərin məhəbbət, səmimi hisslər və ülvi duyğular bəsləyərək yaradıcılıq işinə diqqətlə yanaşmışdı.
RİH başçısı M.Sadıqov sərgiləri, buradakı əl işlərini izlədikdən sonra Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əlamətdar günlə bağlı yaradıcılıqlarına nəzər yetirdi.
Heydər Əliyevin doğum gününə mahnı payı gətirmiş folklorçularımızın çıxışları da hərarətlə qarşılandı.
Şəhər 1 nömrəli tam orta məktəbinin 91 şagirdinin Heydər Əliyev Mədəniyyət Sarayı önündə 91 düzülüşündə Dövlət himnini oxuması meydandakıların alqışını qazandı. Rayon incəsənət məktəbinin Nağaraçılar, oğlanlardan ibarət rəqs qruplarının, Mədəniyyət Mərkəzinin Niyal xalq çalğı alətləri ansamblının Ulu öndəri vəsf edən çıxışları hamının xoşuna gəldi, ümummilli liderin adına, ruhuna uyğun alqışlara səbəb oldu.

RİH-nin başçısı M.Sadıqov bayram tədbirində iştirak edənləri, Heydər Əliyev siyasətinə uyğun fəaliyyət göstərənləri, ümummilli liderin ideyalarına sədaqət nümayiş etdirənləri Gül bayramı münasibəti ilə təbrik etdi. Bayrama iştirakları, yaradıcılıqları ilə naxış, bəzək vuran şagirdlərə, gənclərə müəllimlərə təşəkkür etdi.
Hamı Gül bayramından zövq aldı. Ümummilli liderin 91-ci doğum günündə Vətəni qəlbən sevən ismayıllılar prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası üçün bir daha səfərbər oldular.
Ş.Dağlaroğlu

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!