• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Şərəfli ada layiq konfrans

Şərəfli ada layiq konfrans

Yazar Ismayilli
//
14 may 2014
//
//
Oxunub 1587
//
Şərəfli ada layiq konfrans

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük dəyər verdiyi, mübarək səfərləri ilə şərəfləndirdiyi İsmayıllı onun anadan olmasının 91-ci ildönümü ilə əlaqədar forma və məzmunca fərqlənən tədbirlər həyata keçirir. Bu tədbirlər bütün yaşayış məntəqələrini, təhsil müəssisələrini, dövlət, gənclər və idman siyasətini, qadın siyasətini, sosial-iqtisadi inkişafın bütün istiqamətlərini əhatə edir.
Belə maraqlı və yaddaqalan tədbirlərdən biri may ayının 5-də İsmayıllı rayon İcra Hakimiyyətinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə keçirdiyi elmi-praktiki konfrans olub. Hörmətli qonaqlar İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla bərabər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Şərəfli ada layiq konfrans
Konfransı RİH-nin başçısı, professor Mirdaməd Sadıqov Heydər Əliyevin dövlətçilik ideyalarının təntənəsi mövzusunda çıxışla açıb.
Universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Bəhruz Abdullayev Heydər Əliyevin sülh strategiyası, Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov Heydər Əliyev Azərbaycan tarixinin aktual problemləri haqqında məruzə ediblər. Dosent Rafiq Bəşirov Heydər Əliyev və Azərbaycanda bank sisteminin inkişafından danışıb.
Şərəfli ada layiq konfrans
Millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanovun, Yeniyol kənd tam orta məktəbinin müəllimi Aysel Bağıyevanın çıxışları dinlənilib. A.Bağıyeva ümummilli liderin İsmayıllıya göstərdiyi qayğı və diqqətdən, regionlara Heydər Əliyev münasibətinin prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilməsindən söz açıb.
Ulu öndərin mənalı ömründən səhifələri əks etdirən çıxışların hər birini konfrans nümayəndələri alqışlarla qarşılayıb.
Konfrans iştirakçılarına Heydər Əliyevin 90 illiyinə İsmayıllı rayon İcra Hakimiyyətinin nəşr etdirdiyi Mübarək səfərlər, səmimi görüşlər kitabı hədiyyə edilib.
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!