• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Öndərə həsr edilmiş tədbir

Öndərə həsr edilmiş tədbir

Yazar Ismayilli
//
14 may 2014
//
//
Oxunub 4294
//
Öndərə həsr edilmiş tədbir

F.Əzimov adına İsmayıllı şəhər İncəsənət Məktəbinin kollektivi ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib. Tədbirlər planına əsasən məktəbin müəllim və şagird kollektivinin rayonun ayrı-ayrı uşaq bağçalarında konsert proqramı ilə çıxış etmələri daxil edilib. Belə tədbirlərdən biri də İsmayıllı şəhər 1 nömrəli uşaq bağçasında baş tutdu. Məktəb bundan əvvəl də bir sıra yerlərdə maraqlı konsert proqramı ilə çıxış edib. Yerlərə bu cür gedişlər davam etdiriləcəkdir.
Öndərə həsr edilmiş tədbir
Bağçanın kollektivi bu görüşə səylə hazırlaşmışdı. Kiçik yaşlı sakinlər qonaqları səbirsizliklə gözləyirdilər. Bağça uşaqları da bu proqramda öz məharətlərini göstərməli idilər. Odur ki, rəqs qrupu paltarlarını geyinib hazır vəziyyətdə idi. Saat on tamamda tədbir başladı. İncəsənət məktəbinin müəllimi Ceyran Ağayeva ilk sözə başladı və kollektivi salamladı, tədbirin məqsədi haqqında məlumat verdi. O, ölkənin uşaq və gənclərinə Ulu öndərin gündəlik qayğısından, ölkədə bu istiqamətdə prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışdı.
Söz musiqiyə verildi. İncəsənət məktəbinin şagirdi Murad Hüseynov pianoda musiqi nömrəsi ifa etdi. Kərəm Ağayevin, Asim Ağayevin, Rahid Balakişiyevin tarda ifaları alqışlarla qarşılandı. Sirus Xasməmmədovun qarmonda, Bayram Məhərrəmlinin nağarada ifa etdikləri oynaq rəqs havaları məclisə xeyli şuxluq gətirdi, körpələr də qol götürüb oynadılar. Fortepiano şöbəsinin III sinif şagirdləri Səidə Bağırova, İlahə Tağıyeva, Sevinc Bağırlı, Jalə Bağırlı pianoda müxtəlif əsərlər ifa edib tamaşaçıları razı sala bildilər və alqışlandılar.
Öndərə həsr edilmiş tədbir
Bağçanın uşaqları da öz məharətlərini göstərə bildilər. Kiçik qızların çətirlərlə rəqsi tamaşaçıların alqışlarına səbəb oldu. Bağçanın oğlanlardan ibarət rəqs qrupunun ifasında Çobanlar rəqsi də az alqış qazanmadı. Balaca çobanlar məharətlərini çox gözəl nümayiş etdirə bildilər. Bundan əlavə, bağçanın uşaqları ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər deməklə tamaşaçıların alqışlarını qazandılar. Uşaqlar xorla bir neçə mahnı ifa etdilər. Rayonumuza həsr edilmiş Ay İsmayıllı mahnısı hamının ürəyincə oldu. Sonda ev sahibləri Sizə salam gətirmişəm mahnısı ilə qonaqları bir daha salamladı və tədbirin bədii hissəsini yekunlaşdırdı. Bu tədbirdə bağçanın musiqi müəllimi Zümrüd Məhərrəmovanın əməyini də qeyd etmək lazımdır. Bu cür tədbirlərin keçirilməsində incəsənət məktəbinin fortepiano şöbəsinin müəllimləri Jalə Qədirovanın, Xəyalə Bədəlovanın və tar müəllimi Mahir Ağayevin əməyi böyükdür. Onlar uşaqların məşqlərinə xeyli əmək sərf etmişlər.
Tədbirin aparıcılığını öz üzərinə götürmüş Ceyran Ağayeva bağça kollektivinin işindən razı qaldığını xüsusi vurğuladı. Burada tərbiyə işinin yaxşı qurulduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, balacaların bugünkü tədbirdə fəal çıxışı dediyimə yaxşı misal ola bilər. C.Ağayeva kollektivə yeni-yeni uğurlar arzuladı.
Bağçanın müdiri Qalibə Abdullayeva maraqlı tədbirə görə incəsənət məktəbinin kollektivinə təşəkkürünü bildirdi. O, qeyd etdi ki, ölkə prezidenti İlham Əliyev yetişməkdə olan gənc nəslə daim diqqət göstərir. RİH başçısının gündəlik qayğısı sayəsində problemlərimiz həllini tapır. Bu qayğıya olan minnətdarlığımızı yaxşı işimizlə sübut etməliyik.
B.Babayev

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!