• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İctimai əhəmiyyət daşıyan məsələlər

İctimai əhəmiyyət daşıyan məsələlər

Yazar Ismayilli
//
04 may 2012
//
//
Oxunub 2217
//
İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun ayrı-ayrı yaşayış məntəqələrində görüşlərin, səyyar qəbulların keçirməsi artıq bir ənənə halını almışdır. Keçirilən görüşlər əhalinin sosial qayğılarının öyrənilməsi, problemlərin mütəşəkkil həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Rayonun Talıstan kəndində baş tutmuş səyyar görüş-qəbul da məhz bu məqsədə xidmət edirdi. Diqqət çəkən haldır ki, keçirilən qəbulların əksərində əhali ictimai əhəmiyyət daşıyan məsələləri ön plana çəkir.
Qəbula gələn kənd sakini Əkrəm Əhmədov baş yoldan Talıstana ayrılan yolun asfaltlaşdırılmasının vacibliyindən, kəndin içindən axan çayın üzərinə körpü qoyulmasından, tarixin yadigarı olan Cavanşir qalasının bərpası məsələsindən danışdı.
Abbas Əzizov kənd üçün mədəniyyət evi və tibb məntəqəsi tikilməsinin zəruriliyindən, Cavanşir Hüseynov xəstəliyi ilə əlaqədar pensiyaya çıxmaqda ona köməklik olunmasını, Rahim Məmmədov isə yaşadığı evə qaz xətti çəkilməsinə köməklik olunmasını xahiş etdi.
Kənddə qazın və elektrik enerjisinin zəif olmasında Amən Əhmədov söz açdı. Eldar Babayev və Elçin Nəsirli aldıqları həyətyanı torpaq sahəsinə lazımi sənədləri ala bilməmələrindən gileyləndilər. Əvəz Cəfərov işsizliyin aradan qaldırılması məqsədilə rayon ərazisində şirə zavodu tikilməsini təklif etdi.
Talıstan kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Aydın Əzizov aparılan quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidentinə və RİH başçısına kənd sakinləri adından təşəkkürünü bildirdi. O, məktəb binasının əsaslı təmirə ehtiyacı olduğunu da qeyd etdi.
Kənd sakini Ağakərim Abdullayev evlərdən çıxan çirkab suların, pəyələrin tullantılarının çaya atıldığından narahat olduğunu bildirdi. İntizar Bayramlı kəndin yuxarı məhəlləsində salınmış yeni qəbiristanlığın yolunun çınqılla döşənməsi, Məmməd bulağının adının bərpa olunması məsələsini dilə gətirdi.
Qaldırılan məsələlərin hər birinin həllinin vacibliyini qeyd edən başçı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verdi.
Qəbula gələn kənd sakinlərinin diqqətlə dinlənildiyi tədbirdə Azərbaycan Respublikası Prezident Aparatının məsul işçisi Niyaz Əliyev iştirak etmişdir.
İsmayıllı xəbərləri

Şərh əlavə et:
Комментарии к новости (1)

Şərh eəlavə et

------------ -----------
Free counters!