• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Gələcəyimiz etibarlı əllərdədir

Gələcəyimiz etibarlı əllərdədir

Yazar vusal
//
25 fevral 2012
//
//
Oxunub 1750
//
Gələcəyimiz etibarlı əllərdədirMüasir cəmiyyətimizdə uşaqların kamil şəxsiyyət kimi formalaşmasında, milli və ümum-bəşəri dəyərlərə yiyələnməsinə, həmin dəyərlərin uzlaşdırılmasına güclü meyillər var. Bu meyillər dövlət tərəfindən dəstəklənir. Ailədə uşaqlara yüksək qayğı mühitinin olması vacib şərt kimi önə çəkilir. Bunun üçün uşaq hüquqlarının təmin edilməsi vacibdir. Dünya uşaqlarının əməkdaşlığını, bu əməkdaşlığın daha da artmasını, uşaq problemlərinin həll olunmasını həyata keçirmək uşaq təşkilatlarının öhdəsinə düşür.
Bu gün bizim öhdəmizə Azərbaycan həqiqətlərini beynəlxalq aləmdə yaymaq kimi mühüm məsələlər də düşür.
Uşaq hüquqlarına, bu işdə uşaqların roluna dair I Uşaq Forumunun çərçivəsində 2009-cu ildə Bakıda qəbul olunmuş bəyannamədə əksini tapan müdəaların ötən dövr ərzində həyata keçirilməsi prosesi yaxşı nəticələndi. Bu sahədə aparılan işləri nümayiş etdirmək məqsədi ilə Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynur Sofiyeva 2011-ci il iyul ayının 16-da Qax rayonunda yenidən bir qrup fəal uşaqla görüşdü. Məqsəd o idi ki, Azərbaycan uşaqlarının II Forumuna bacarıqlı uşaqlar seçilsin. Mən də həmin Foruma nümayəndə seçildim. Çox sevindim. Mənə də uşaq hüquqları haqqında məlumat toplamaq tapşırıldı və mövzu verildi.
2011-ci il noyabr ayının 15-də rayonumuzdan Bakıya yola düşdük. Biz nümayəndələr öncə Şəhidlər xiyabanını ziyarətə getdik. Müstəqilliyimiz uğrunda həlak olmuş igid oğul və qızlarımızın xatirəsini yad etdik.
Səhərisi gün biz işçi qruplarına ayrıldıq və fikirlərimizi bir-birimizlə bölüşdük, fikir mübadiləsi etdik, bir-birimizdən öyrəndik. Foruma Qadın, Uşaq Problmləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Qənirə Paşayeva, ombudsman Elmira Süleymanova və başqa rəsmi şəxslərlə görüşdük.
Hər qrupda müzakirələrdən sonra Azərbaycan Uşaqlarının II Forumunun Bəyannaməsini və Prezident İlham Əliyevə müraciət qəbul edildi. Mən burada çox şey öyrəndim. Rayonumuzu bu forumda təmsil etdiyim üçün sevinc və iftixar hissi keçirirəm. Mən böyük fərəh hissi ilə qeyd edirəm ki, Azərbaycanda uşaq hüquqlarının tam həcmdə təmin edilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu sahədə dövlət siyasəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Biz bütün Azərbaycan uşaqları, o cümlədən II Forumun nümayəndələri Prezidentimizin siyasi xəttini, məqsədyönlü, uzaqgörənliklə apardığı işləri dəstəkləyir, ona sevgimizi və inamımızı bildiririk. İnanırıq ki, ölkə əhalisinin 2 milyondan çoxunu təşkil edən uşaqların gələcəyi etibarlı əllərdədir.
Aynur Sabirli,
İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin XI sinif şagirdi

Şərh əlavə et:
Комментарии к новости (1)

Şərh eəlavə et

------------ -----------
Free counters!