• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı rayonu ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı rayonu ilə bağlı sərəncam imzalayıb

Yazar Ismayilli
//
15 aprel 2014
//
//
Oxunub 1239
//
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı rayonu ilə bağlı sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı rayonu ilə bağlı sərəncam imzalayıb

İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon (üç milyon dörd yüz min) manatı İsmayıllı Rayon İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2014-cü il

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!