• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Sinif konserti qadınlara hədiyyə

Sinif konserti qadınlara hədiyyə

Yazar Ismayilli
//
28 mart 2014
//
//
Oxunub 3526
//
Sinif konserti qadınlara hədiyyə

Mart ayının 4-də İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbi şagirdlərinin 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan yaradıcılıq gecəsi olub.
Məktəbin musiqi nəzəriyyəsi müəllimi Ceyran Məmmədova gözəllik rəmzi olan qadına diqqətdən danışıb.



Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasından bir parça Bəhruz Haşımovun və Samirə Məmmədovanın ifasında səsləndirilib. Şagirdlərin çıxışları böyük həvəslə dinlənilib.


İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov balaca fidanların çıxışlarına yüksək dəyər verib. Onlara yaradıcılıq uğurları, yeni-yeni nailiyyətlər arzulayıb. İcra başçısı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün xanımları təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yüksək inkişaf mərhələsinə qədəm qoyan ölkəmizin ictimai-siyasi həyatında qadınlar fəal iştirak edir. Prezident İlham Əliyev tərəfindən qadınların işgüzarlığının artırılması baxımından xeyli işlər görülüb. Qadınlarımızın səsi dünyanın hər yerində eşidilir. UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr, qazanılan uğurların Azərbaycan qadınının qələbəsi olduğu diqqətə çatdırılıb.
Ç.Bəhərçinli

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!