• Ana səhifə |
Subscribe by RSS or RUS

Bayram təbriki

Yazar Ismayilli
//
28 mart 2014
//
//
Oxunub 1764
//
Bayram təbriki

Mart ayının 6-da İsmayıllı Rayon İcra Hakimiyyətinin yüksək zövqlə təmir olunmuş iclas zalında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi.
Zala daxil olan hər bir xanıma tər qızılgüllər təqdim olundu.

Bayram təbriki
Tədbiri İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova açdı. Balaca məktəbli qızlar qadınlarımızı söylədikləri şeirlərlə təbrik etdilər.
Təbrik üçün söz alan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbirdə iştirak edən qadınları, onların timsalında bütün xanımları bayram münasibəti ilə təbrik etdi, onlara uzun ömür, can sağlığı, həyatda və işdə uğurlar arzuladı.
İcra başçısı ölkədə həyata keçirilən qadın siyasətindən danışdı. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü işlərdən geniş söhbət açdı. Bu cür fəaliyyətin hər bir azərbaycanlı qadın üçün örnək olduğunu bildirdi. O, həmçinin İsmayıllıda yeni düşüncə tərzinin formalaşdırılması sahəsində qadınların üzərinə düşən vəzifələrdən danışdı.
Bayram təbriki
Dövlət qulluğu veteranı Gözəl Osmanova çıxış edərək gənc xanımlara çoxillik əmək təcrübəsindən danışdı, onlara işlərində uğurlar arzuladı, tədbirin təşkilatçılarına minnətdarlıq etdi.
Müəllim Hacıməmməd Məmmədov, Rəna Mirzəliyeva, şair Şahməmməd Dağlaroğlu və Xatın Məmmədova, RİH-in əməkdaşı Göyçək Rəhimova poetik ruhlu şeir və çıxışları ilə qadınları təbrik etdilər.
Rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup qadına RİH-nin Fəxri fərmanları verildi. Yeni Azərbaycan Partiyasına qəbul olunan gənc xanımlara üzvlük vəsiqələri təqdim olundu.
Ç.Bəhərçinli

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!