• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Heydər Əliyev və milli adət-ənənələrimiz

Heydər Əliyev və milli adət-ənənələrimiz

Yazar Ismayilli
//
28 mart 2014
//
//
Oxunub 1397
//
Heydər Əliyev və milli adət-ənənələrimiz

Mart ayının 14-də Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini təbliğ edən Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib. Budəfəki məşğələ Heydər Əliyev və milli adət-ənənələrimiz mövzusuna həsr edilib.
Heydər Əliyev və milli adət-ənənələrimiz
Məşğələni giriş sözü ilə məktəbin icraçı direktoru Fərman Bəşirov açıb. O, ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışaraq, Azərbaycan tarixində əvəzolunmaz şəxsiyyət olduğunu qeyd edib. Fərman Bəşirov çıxışında bildirib: Heydər Əliyev idarəetmə məktəbinin məşğələlərində müxtəlif mövzularda müzakirələr açmışıq. Ümummilli liderin siyasətinə bir çox istiqamətlərdən yanaşmışıq. Bunun nəticəsi olaraq məktəbin müdavimləri Heydər Əliyev irsinə daha yaxından bələd olmaq imkanı tapıblar. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun məşğələlərdə etdiyi çıxışlar müdavimlər tərəfindən daha maraqla qarşılanıb.
Mövzu ətrafında ilk olaraq rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov çıxış edib. Bildirib ki, Heydər Əliyev hakimiyyətə gələndə milli-mənəvi dəyərlərimizi, azərbaycançılıq ideyasını qaytarmağa həm elmi, həm də siyasi cəhətdən hazır idi. Heydər Əliyev Azərbaycanın min illərin sınağından çıxmış tarixinə, mədəniyyətinə, adət-ənənələrinə həddən artıq bağlı olmaqla yanaşı, onların olduğu kimi, xalqa qaytarılması üçün əlindən gələni əsirgəməyib.
Heydər Əliyev və milli adət-ənənələrimiz
şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Gülnarə Mirzəliyeva, şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi Nəsimi Teymurov çıxışlarında Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun milli və ümumbəşəri ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılmasının qarşıda duran vacib məsələlərdən olduğunu qeyd ediblər.
İsmayıllı RİH-nin məsul işçisi Valeh Salehov Ulu öndərin həyat və fəaliyyətinin öyrənilməsinin vacibliyini vurğulayıb.
Tədbir xalqımızın adət-ənənələrini özündə yaşadan Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən F.Bəşirov iştirakçıları bayram münasibəti ilə təbrik edib.
Ç.Bəhərçinli

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!