• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Zərərli vərdişlərə yox deyirik

Zərərli vərdişlərə yox deyirik

Yazar Ismayilli
//
28 mart 2014
//
//
Oxunub 1275
//
Zərərli vərdişlərə yox deyirik
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir. Bu günlərdə Tircan və İsmayıllı şəhər 2 nömrəli tam orta məktəblərində keçirilən tədbirlərdə yuxarı sinif şagirdləri iştirak etmişlər.
Şagirdlərə siqaret və narkotik maddələrin insan orqanizminə ziyanından, yoluxucu xəstəliklərdən qorunmaq üçün nələri bilmək lazım gəldiyindən danışılmışdır. Şagirdlər narkomaniyanın insan həyatını necə puç etdiyini əks etdirən sənədli filmə baxdıqdan sonra müzakirələrə qoşulmuşlar.
Mərkəzin metodisti Ruziyə Çələbiyeva erkən nikahların zərərlərindən, Gülnar Mikayılova narkomaniya bəlasından, Mərkəzin könüllüsü Çinarə Bəhərçinli asudə vaxtın səmərəli təşkilindən danışmışlar.
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!