• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Hesabat bəyənildi

Hesabat bəyənildi

Yazar Ismayilli
//
01 mart 2014
//
//
Oxunub 7240
//

Hesabat bəyənildi

Fevral ayının 19-da 2013-cü il sosial-iqtisadi inkişafın yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hesabat məruzəsi dinlənilib.
Hesabat  bəyənildi
Yığıncaqda Azərbaycan Respublikası Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev, millət vəkilləri Novruzəli Aslanov və Ərəstun Cavadov, rayonun idarə müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak edib.
Hesabat  bəyənildi
Yığıncaqdan öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb.
Ulu öndərin adını daşıyan parkda, Gənclər Mərkəzinin binası önündə təşkil ölunmuş sənaye və kənd təsərrüfatı məhsullarının sərgisinə baxış keçirilib. Sərgidə rayonda toxunan xalçalar, Lahıc sənətkarlığı nümünəsi olan mis qablar, Basqal kəlağayıları, Nikitin adına kolxozun, ayrı-ayrı kəndli-fermer, ailə təsərrüfatlarının, bir neçə gün əvvəl işə düşmüş əhəng sexinin məhsulları nümayiş etdirilib.Məktəbli rəssam Pakizə Xəlilovanın əl işlərindən ibarət sərgi izləyicilərin xüsusi marağına səbəb olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 avqust 2013-cü ildə İsmayıllıya səfərindən hazırlanan videofilmə tamaşa edildikdən sonra hesabat iclası başlanıb.
Hesabat  bəyənildi
RİH başçısı Mirdaməd Sadıqov çıxışında bildirib ki, keçən il bütövlükdə ölkəmiz üçün uğurlu olub. Azərbaycanda böyük işlər görülüb, dövlətimizin beynəlxalq nüfuzu artıb, aparılan islahatlar daha da dərinləşib. Bu uğurlu inkişaf onun nəticəsidir ki, Azərbaycanda neft kapitalı müvəffəqiyyətlə insan kapitalına çevrilir, iqtisadiyyatın sürətli inkişafını təmin edən layihələr milli və regional maraqlar üzərində qurulur, sosial infrastruktur insanların müasir tələbatı əsasında yenilənir. Dövlət proqramlarının icrası üçün dəqiq, işlək mexanizmlər müəyyənləşdirilir. İnvestisiya qoyuluşunda, kreditləşmədə qeyri-neft sektoruna daha çox üstünlük verilir.
İcra başçısı ölkə rəhbərinin rayonlara səfərlərinin inkişafın böyük hərəkətverici qüvvəsinə çevrildiyini deyib. M.Sadıqov söyləyib ki, prezident İlham Əliyev İsmayıllıya səfəri zamanı görülən işlərdən razı qalıb, aparılan abadlıq işlərinin davamı üçün geniş imkanlar və şərait yaradıb.
Hesabat  bəyənildi
RİH başçısı 2013-cü ildə rayonda görülən işlər haqqında geniş məlumat verib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev, millət vəkilləri Novruzəli Aslanov və Ərəstun Cavadov hesabat dövründə görülən işləri yüksək qiymətləndiriblər.
Hesabat  bəyənildi
Məruzə ətrafında rayon prokuroru Rahib Seyidov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov, RİH başçısının İvanovka İƏD-i üzrə nümayəndəsi Olqa Jabina, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Zahid Əkbərov, rayon Qaz İstismarı Sahəsinin rəisi Eldar Səlimzadə, İsmayıllı UADM-ın metodisti Ruziyyə Çələbiyeva, sahibkar İzzət Qubadov çıxış ediblər.
Rayonun sosial və ictimai həyatında gedən işlərdə fəallığı ilə fərqlənən 7 nəfərə rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edilib.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub. Müraciət alqışlarla qarşılanıb.
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!