• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Səyyar görüş-qəbullar

Səyyar görüş-qəbullar

Yazar Ismayilli
//
01 mart 2014
//
//
Oxunub 5094
//
Səyyar görüş-qəbullar
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov fevral ayının 17-də növbəti səyyar görüş-qəbulunu Vəng kəndinin sakinləri ilə keçirib.
Səyyar qəbulda kəndin 100-ə qədər sakini rayonun xidmət strukturlarının əməkdaşları iştirak edib.

Səyyar görüş-qəbullar
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov ölkə ərazisində gedən sürətli və dinamik inkişafdan danışıb. Bütün bunların Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu siyasətin nəticəsi olduğunu deyib.
Vəng kənd orta məktəbinin müəllimi Rövşən Məmmmədov problemlərdən içməli suyun çatışmazlığı, kənd yolunun narahatlığı, mavi yanacağın olmaması, elektrik dirəklərinin yararsızlığı səbəbindən yaranan çətinliklərdən danışıb.
Sonda icra başçısı əlaqədar təşkilatların rəhbərlərinə mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.

**
İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqovun növbəti görüş-qəbulu Təzəkənd kəndində baş tutub.
Sakinlərlə söhbət zamanı M.Sadıqov ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişafdan, ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışıb. Təzəkənd kəndinin problemləri ilə tanış olan Başçı onların həllinə birlikdə çalışmağın ustünlüklərini, diqqətə çatdırıb.
Səyyar görüş-qəbullar
Əhalinin işlə, gəlir gətirən əmək sahələri ilə məşğulluğunun vacibliyinə diqqət çəkən RİH başçısı M.Sadıqov onları torpaqdan səmərəli istifadə etməyə, gəncləri yüksək savad almağa meyilli olmağa dəvət edib. Başçı bildirib ki, heç kəs zəhmətə qatlaşmadan, yüksək biliyə malik olmadan rahat yaşayışa sahib ola bilməz.
Kənd sakinləri Ətraf Ələkbərov və Ağalar Bədəlovun mövcud vəziyyətlə bağlı açıqlamalarından məlum olub ki, iş birliyi qura bilməmək potensial imkanların səmərəsizliyi ilə nəticələnər, kəndin müasir layihələrə uyğun yeniləşdirilməsi yeni düşüncə tərzinin formalaşmasına meydan ola bilər.
Qəbulda fərdi xarakter daşıyan fikirlər də diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətləri araşdırılmışdır.

**
RİH başçısı Mirdaməd Sadıqovun Qoşakənd kənd sakinləri ilə görüşündə çıxış edən Mais Əkbərov ərazidə içməli su məsələsindəki problemlərdən danışıb. O, bildirib ki, 10 il əvvəl Qoşakənd kəndinə içməli su çatışmazlığının aradan qaldırılması məqsədilə su xətti çəkilib. Çəkilən su xəttinin metal borularının çürüməsi səbəbindən hazırda Ağbulaq və Qoşakənd kəndində yaşayanlar ciddi problemlə üz-üzə qalıblar. Borunun tez-tez, yerbəyerdən deşilməsi onun əsaslı təmirini tələb edir.
Səyyar görüş-qəbullar
Qəbul-görüşdə çıxış edən Xamis Hüseynov öncə, son vaxtlarda rayonda görülən tikinti-abadlıq işlərindən razılıq bildirərək ölkə rəhbərliyinə minnətdarlıq edib. Sosial inkişafın hər yerdə təzahür etdiyini bildirən X.Hüseynov Ağbulaq, Qoşakənd, Tubukənd və Gənzə kəndlərini magistral yolla burləşdirən kənd yolunun bu qürurverici yüksəlişə uyğun olmamasından gileylənib.
Başçı kənd sakinləri, xüsusilə də gənclərlə faydalı əməyə vaxt sərf etmələri ilə bağlı söhbət aparıb. Söhbətə qatılanlara kənd təsərrüfatında gəlir gətirən fəaliyyət sahələrinin özəllikləri bir daha izah olunub. Fəaliyyətə başlamaq üçün verilən dövlət dəstəyindən, kreditlərdən söz açılıb.
Görüşdə işə qəbul və yaşayış səviyyəsi aşağı olan vətəndaşların müraciətləri istiqamətində də söhbət gedib. Səsləndirilən problemlərin həlli yolları araşdırılıb və onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.
Şahməmməd Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!