• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Keçiriləcək tədbirlər müəyyənləşdirildi

Keçiriləcək tədbirlər müəyyənləşdirildi

Yazar Ismayilli
//
01 mart 2014
//
//
Oxunub 1659
//
Keçiriləcək tədbirlər müəyyənləşdirildi
Ermənilər vəhşi xarakterlərini hər zaman göstəriblər. 26 fevral günü baş verənlər bunların ən dəhşətlisi idi. Buna görə də tariximizi bilməli, gənc nəslə öyrətməli, bu sahədə fəal iş aparmalıyıq. Bu fikirləri İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov fevral ayının 11-də İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında keçirilən görüşdə səsləndirib.
Tədbirdə Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərin müzakirəsi olub.
RTŞ-nın müdiri Rasim Orucov, İsmayıllı Humanitar və Texnologiya Kollecinin direktoru Rəsul Balayev tədris ocaqlarında Vətənə sevginin geniş təbliğinə yer ayrılmalı olduğunu deyiblər. İsmayıllı Cümə məscidinin axundu Şahzadə Bilalov məscidlərdə dini söhbətlər zamanı Azərbaycanın başına gətirilən müsibətlər haqqında məlumat verməyin əhəmiyyətini qeyd edərək, bu sahədə təbliğatın gücləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək tədbirlərlə bağlı məlumatlar veriblər. Bildiriblər ki, faciəni əks etdirən rəsm müsabiqəsinin təşkili, sənədli və bədii filmlərin göstərilməsi, fotostendlər, guşələrin yaradılması, yeniyetmə və gənclər arasında idman yarışları və inşa yazı müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.
Ç.Bəhərçinli

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!