• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xocalı unudulmamalıdır

Xocalı unudulmamalıdır

Yazar Ismayilli
//
01 mart 2014
//
//
Oxunub 2312
//
Xocalı unudulmamalıdır[/size
Xocalı dəhşətinin baş verməsindən 22 il keçir. Buna baxmayaraq, bu qanlı tarix hər birimizin ürəyində dərin iz buraxıb. O dəhşətli anları xocalılarla birlikdə, damarlarında azərbaycanlı qanı axan heç kəs unutmayıb. Yüzlərlə İsmayıllı sakini Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Mərkəzi m Meydanda toplaşıblar. Öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb.
Xocalı unudulmamalıdır
Rayonda Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək, faciənin dəhşətini gənc nəslə daha dərindən mənimsətmək, xalqımıza qarşı aparılan genosid siyasətini, erməni vandalizmini bütün ictimaiyyətə, rayona gələn qonaqlara, xarici ölkə vətəndaşlarına nümayiş etdirmək məqsədi ilə İsmayıllı şəhərinin Mübariz Orucov və Nizami küçələrinin qovuşduğu yerdə abidə kompleksinin təməlqoyma mərasimi keçirilib.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, Xocalı soyqırımı ermənilər tərəfindən törədilmiş, dünyada analoqu olmayan bir faciədir. Böyük şəhərin yerlə-yeksan edilməsi, sakinlərinin qətlə yetirilməsi erməni vəhşiliyinin canlı nümunəsidir.
Rayon Ağsaqqallar Şurasının üzvü Hacıməmməd Məmmədov tariximizə qanlı hərflərlə yazılan Xocalı faciəsindən danışıb, abidənin ucaldılmasının əhəmiyyətini qeyd edib.
Digər çıxış edənlər abidənin ucaldılmasının gələcək nəsillər üçün vacibliyindən danışıblar.
Kollec tələbələri şeirlər söyləyib. Abidənin təməl daşı qoyulub. İsmayıllılar artıq buranı ziyarətgah kimi qəbul edərək gül dəstələri qoyublar.
Ç.Bəhərçinli

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!